İnsanlara hürriyət, millətlərə istiqlal!

14 azərbaycanlı ƏSİR GÖTÜRÜLDÜ - müvəqqəti ATƏŞKƏS ELAN EDİLDİ – Tural Abbaslı ilə CANLIda 

14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir. Bu barədə "Guney Azfront" teleqram kanalı məlumat yayıb. HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu “Əl-Əqsa fırtınası” adlı milliyət təsnifatı ilə təqdim edib. Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb.

İsrail Qəzza zolağının cənub bölgəsində humanitar atəşkəs rejimi tətbiq edib.

Bu barədə “i24” telekanalı məlumat yayıb.

Məlumata görə, atəşkəs yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) qüvvəyə minəcək və 5 saat davam edəcək.

Bildirilir ki, atəşkəs əcnəbi vətəndaşların anklavı tərk edə bilməsi, həmçinin, Qəzzaya humanitar yardım göndərmək məqsədi ilə elan olunub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR