Onlayn ictimai-siyasi qəzet
Rusiyada 13-cü mərtəbədən yıxılan qadın sağ qalıb.
Musavat.com oxu.az-a istinadən bildirir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, 22 yaşlı qadın Novosibirskdə hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən qazona düşüb, daha sonra heç nə olmamış kimi durub gedib.
Qeyd olunur ki, xəstəxanada ona ağciyərin əzilməsi diaqnozu qoyulub və heç bir sınığının olmadığı müəyyən edilib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ