İnsanlara hürriyət, millətlərə istiqlal!

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 71 saylı məntəqəsində səsvermə davam edir - FOTOLAR

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 71 saylı seçki məntəqəsində səsvermə seçici fəallığı şəraitində davam edir.

Musavat.com-un adı çəkilən seçki məntəqəsindəki əməkdaşı xəbər verir ki, 120 saylı seçki dairəsində 7 namizəd mübarizə aparır.

71 saylı məntəqə seçki komissiyasının sədri Şəlalə Qasımlı əməkdaşımıza bildirib ki, məntəqədə 1020 seçici qeydiyyatdadır.

Seçiciçilərin aktivliyi müşahidə edilir. Əsasən də səsvermənin ilk saatlarında seçki məntəqəsində seçici fəallığı xüsusi nəzərə çarpıb.

Yeni Azərbaycan Partiyasının müşahidəçiləri və müstəqil yerli müşahidəçilər səsvermə prosesini izləyirlər. Müşahidəçilər də səsvermənin heç bir problem yaşanmadan qanuna uyğun şəkildə seçici aktivliyi ilə davam etdiyini deyiblər. Seçki məntəqələri saat 8:00-da açılıb.

Səsvermə 19:00-a qədər davam edəcək.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR