Onlayn ictimai-siyasi qəzet
Əsgərlərdən 100 manat rüşvət almaqda ittiham olunan gizirə 8 il həbs cəzası verilib.
Musavat.com xəbər verir ki, N saylı hərbi hissələrdən birində rabitə bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edən hərbi quluqçu rüşvət almaqda ittiham edilib.
O, tabeliyində olan iki əsgərdən onları qanunsuz olaraq məzuniyyətə göndərmək adı ilə rüşvət almaqda ittiham edilir. İstintaqla müəyyən edilib ki, əsgərlərin hər biri xidmət yerlərini tərk etmək, ailələrinin yanına getmək üçün baş gizirə 100 manat ödəniş ediblər. Həmin pulu baş gizirin kartına göndəriblər.
Baş gizir ittihamları qəbul etməyib və günahsız olduğunu deyib. Bildirib ki, əsgərlər xidmət yerini tərk edən zaman onun özü həmin hərbi hissədə olmayıb. Belə olan halda onların xidmət yerini tərk etməsinə kömək etməsi mümkünsüzdür.
Məhkəmə baş giziri təqsirli bilib. Hökmə əsasən baş gizir 8 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov,
Musavat.com
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ