İnsanlara hürriyət, millətlərə istiqlal!

1 milyon mənimsəyən Raqif Abbasov niyə azadlıqdadır- Ziyanı ödəyib?  

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, idarənin sabiq rəisi Raqif Abbasov və maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Lakin Eldəniz Qulamovun vəkili iclasa gəlmədiyi üçün proses təxirə düşüb.

Xatırladaq ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Bildirək ki, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunan R.Abbasov və E.Qulamov həbsdə deyillər.

Əldə etdiyimiz məlumata görə təqsirləndirilən şəxslər dövlətə vurduqları ziyanı ödəyiblər. Məhz buna görə onlar barəsində həbslə bağlı olmayan qərar seçilib.

Növbəti proses 4 fevral tarixinə təyin edilib.

 

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR