Onlayn ictimai-siyasi qəzet
Bəli, psevdopatriot demaqoqların seçki öncəsi və sonrakı davranışları bir daha açıq şəkildə bizlərə onu nümayiş etdirdi ki, bəzilərinin müxalifətçiliyi bir növ, qumar oyunlarına bənzəyir.
Gözlənildiyi kimi, seçkilərlə bağlı “uzaqlardan” boyalanan “parlaq” emosiyalar ölkəmizdə cəmi 4-5 gün yaşandı və bunun özü belə əslində, yalnız nəzarətsiz sosial şəbəkələr sayəsində baş verdi. Hətta ATƏT-in məlum bəyanatı da emosiya “tonqalının” təkrar alovlanmasına “düz-əməlli” xidmət edə bilmədi. Bəli, seçki şouları var idi və radikalların qərəzli iddialarına rəğmən bu şouların mövcudluğu ondan xəbər verirdi ki, siyasi meydanda rəqabət aparmaq mümkündür. Odur ki, “boykot” sadəcə radikal təfəkkürün manipulyasiya oyunudur desək, yanılmarıq.
Siyasi müstəvilərdə baş verənlərin anlaşılması üçün siyasi maarifçiliyin önəmindən dəfələrlə bəhs etmişik. Xüsusilə seçkilər dövründə, onun müstəsna əhəmiyyəti var. Çünki hər bir məsuliyyətli vətəndaş vətən və dövlətçilik naminə ayıq-sayıq olmalıdır ki, sağlam və rasional düşüncə “alovlu” emosiyaların təsirinə düşərək qərəzli manipulyasiyalara məğlub olmasın.
Siyasi mənsubiyyətimizdən, habelə sahib olduğumuz təhsil və peşəmizdən asılı olmayaraq birmənalı olaraq siyasi aksiom kimi bilməliyik ki, radikal təfəkkürün fəaliyyəti yalnız qərəzli manipulyasiyalar üzərindən qurulub. Radikal təfəkkür heç bir halda yaradıcı məfhum deyil, onun təyinatı cəmiyyətdə nifaq salmaq və insanların ictimai düşüncələrində şübhə toxumu səpməkdir.
Odur ki, təkrar olsa da, bir daha əminliklə vurğulamalıyıq ki, bəzilərinin müxalifətçiliyi qumar oyunlarına bənzəyir. Seçki mühiti bəzi siyasətçi-oyunbazların gözündə manipulyasiyaların aparılması üçün sadəcə oyun masasıdır. Kimlərsə seçkilərdə uduzacaqları təqdirdə siyasətdən gedəcəklərini bəyan edir, kimlərsə rəhbər olduqları siyasi partiyanı ləğv edəcəklərini bildirir, kimlərsə cəmiyyəti Qərbin sanksiyaları ilə qorxudur, kimlərsə ucuz şantajla məşğul olur – sanki qumar oynayırmış kimi hərə öz “kozırından” maksimum “bəhrələnməyə” çalışır. Əksər hallarda sadə vətəndaş bu tamaşada baş verənləri anlayır, ancaq kimlərinsə bu manipulyasiyalara aldanması da istisna edilmir.
Bu mənada aydın şəkildə bilməliyik ki, radikal təfəkkür üçün “dəyər” anlayışı yoxdur. Təsadüfi deyil ki, ölkəmizdə bu təfəkkürün daşıyıcısı olan AXCP-nin rəhbərliyində təmsil olunanlar daim öz qərəzli və emosional ritorikalarında manipulyasiyalar üçün dini mövzulardan istifadə edirlər. Sözügedən hal yalnız təəssüf hissi yaradır. Çünki bu müxalifətçilik deyil, bu açıq-aşkar düşmənçilikdir. Özü də cəmiyyətin birliyinə və inkişafına qarşı aparılan düşmənçilikdir. Misal üçün, sözügedən partiyanın bayraqtutanı Əli Kərimli və ya bu pioner düşərgənin ideoloqu hesab olunan Fuad Qəhrəmanlı öz ritorikalarında davamlı olaraq “haram”, “pis əməl”, “axirət” və digər bu kimi ifadələrə müraciət edirlər. Heç şübhəsiz ki, bu cür ifadələrdən siyasətdə istifadə olunmasının strateji hədəfi emosional manipulyasiyadır. Vətəndaşların hissləri ilə oynayaraq onların davranışlarına təsir etmək qərəzli yanaşmadan başqa heç nə deyil.
Əlbəttə ki, adlarını çəkdiyimiz demaqoqpərəstlərin ibadət edən saf insanlara heç bir aidiyyəti yoxdur. Qeyd olunan amil bir daha onu göstərir ki, radikal təfəkkür hətta insanların dini inanclarını belə manipulyasiya üçün istifadə etmək potensialındadır. Öz xəstə siyasi ambisiyaları naminə insanların ən ülvi hesab olunan dini hissləri ilə oynanılmasına nə ad vermək olar? Elə bu cür hallara görə də müdrik xalqımız ucuz demaqoqları radikal kimi adlandırır.
Bəli, sonuncu seçkilərdə bəzilərinin müxalifətçiliyi sözün əsl mənasında qumar oyunlarına bənzədi. Onlar rəqabət aparmaq istəmədilər, seçkiləri təxribatlar üçün istifadə edərək hər hansı bir siyasi divident əldə etmək istəsələr də, yenə də məğlub oldular. Ancaq bu dəfə itirdikləri elektoratları deyil (sadiq elektoratı onlar çoxdan itiriblər), bu dəfə itirdikləri siyasi simaları oldu. Elə ona görə də şivənlikləri ağlasığmazdır.
28 Oktyabr 2024
23 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
07 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
25 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
06 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
23 Avqust 2024
19 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
08 Avqust 2024
24 Iyul 2024
22 Iyul 2024
18 Iyul 2024
15 Iyul 2024
08 Iyul 2024
03 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ