Свобода людям, независимость нациям!

Unudulmuş Leninin Razliv gölü macərası (1 və 2-ci sözlərin yeri dəyişə bilər)

 

Bəlkə də son 104 ildə ilk dəfəydi ki, aprelin 22-də bu ölkədə Leninin adını tutan olmadı. Mediada və sosial şəbəkələrdə bir qeyd (Elşad Paşasoyun mavzoley önündən paylaşdığı şəkildən başqa) belə qabağıma çıxmadı ki, bu gün Leninin ad günüdür. Əslində bu günün nəylə əlamətdar olması yadıma aprelin 23-də qəfil düşdü.

İndi yəqin ki, növcavanlara və yeniyetmələrə “Lenin kim olub, bilirsinizmi” sualı ilə müraciət etsək, bəlkə də çoxu elə bilər, təzə çıxan rep deyənlərdəndir, yaxud da Tik-Tok fenomenidir. Z nəsli belədir, Lenin-menin hərləmir, onun dünyası başqadır.

Amma vaxt vardı, şair demişkən, “gözümüzü dünyaya açanda ilkin”, eşitdiyimiz iki kəlmədən biri “Lenin” olurdu. 1-ci sinifə gedəndə oktyabryat olurduq, bizə üstündə Leninin uşaqlıq şəkli olan döş nişanı verirdilər.

Yeri gəlmişkən, “oktyabryat” kəlməsi heç də yaxşı söz deyil. Ruslar qoyunun balalarına “yaqnyat” dedikləri kimi, “oktyabryat” sözü də “oktyabr balaları” anlamına gəlir. Guya ki, sovet dövrü uşaqlarının əmələ gəlməsində oktyabr inqilabının nəsə xüsusi rolu olub.

Sonradan bildik ki, əslində heç noyabr 7-də inqilab-zad baş verməyib, bolşeviklər gecəylə cumub legitim hakimiyyəti deviriblər. Lenin həmin gün axşam saatlarında deyibmiş ki, inqilabı indi başlasaq, tez, sabah etsək, gec olar, ona görə də Qış sarayını gecəylə götürməliliyik. Elə də ediblər.

Biz çox-çox sonralar anladıq ki, Lenin heç də ağıllı, dürüst, təmkinli, vətənpərvər, ədalətli adam olmayıb, müasir terminlərlə desək, gicqulunun, fırıldağın, cırtqozun, xəyanətkarın biri olub. Almanlardan ətək-ətək pul alıb, rus dövlətinə xəyanət edib. Hazırda elə şeylər edənləri Rusiyada “xarici agent” adlandırırlar.

Amma sovet təbliğatı onu necə ilahiləşdirmişdisə, deyirdik, Leninin haqqında artıq-əskik nəsə desək, ağzımız əyilər. Sovet dövləti dinlərə, peyğəmbərlərə qarşı vuruşa-vuruşa yeni din (kommunizm) və yeni peyğəmbər yaratmışdı. İnanmayan o dövrün ideoloji kitablarını oxusun, çoxunda Leninin peyğəmbərliyindən bəhs olunur.

Təbliğat belə şeydir: gicbəsərin birini “proletariatın rəhbəri”, “ən insanpərvər insan” elan edirlər, hamı da inanır. Bu, necə insanpərvərmiş ki, sonradan onun “mauzer”li inqilabçılara göndərdiyi bu cür teleqramları tapıldı: “Şəhərdə asayişi bərpa etmək üçün mülkədarları, dükançıları, çar qulluqçularını, ağqvardiyaçıları, oğruları, quldurları, dələduzları, keçmiş polisləri, fahişələri və s. məhkəməsiz-filansız güllələyin”. Ta nə qaldı?

Hamısını başa düşmək olar, bəs bu “və sairlər” kim idi və onlar nəyə görə güllələnməli idilər? Heç nə, biri inqilab komitəsinin rəhbərinin xoşuna gəlmir, mülkədar, polis, oğru deyil, amma adamı güllələyirlər ki, “və sair”lərdəndir. Bax, belə humanist olub Lenin.

Hələ onun 1920-ci ilin bu vədələri 11-ci qırmızı ordunun komandirlərinə göndərdiyi bir teleqram da var. Lənətullah belə yazıb: “Zaxvatit, zaxvatit, zaxvatit Baku”. Ürəyi soyumayıb, “Bakını işğal edin!” əmrini üç dəfə təkrarlayıb. Qasım İsmayılovun ona apardığı Quba almaları zəhəri olaydı.

Sonradan ilahiləşdirildiyinə baxmayın, ömrünün axır vaxtlarında baş bolşevikə dəli köynəyi geydirib dispanserə basıblar, əlil arabasında gəzdiriblər, sayıqlamalarına qoz qoyan da olmayıb. Amma öləndən sonra deyiblər, dahidir, qələmindən, ağzından nə çıxıbsa, toplayıb kitab çap ediblər, adını da qoyublar “Leninin külliyyatı”. Axırda o kitabların hamısı küllüklərə atıldı.

Əlbəttə, sovet hökuməti süqut etməsəydi, SSRİ dağılmasaydı, bu günlərdə hamımızı bezar edəcək, yığıb Lenin muzeyinə aparacaq, Leninin abidəsinin önünə gül düzdürəcək, bəzilərini Lenin adına stadionda Aygünlə Röyanın konsertinə aparacaqdılar, elita üçün isə Lenin adına sarayda Moskvadan xüsusi dəvət olunmuş Nikolay Baskovun konserti olacaqdı.

Baskov demişkən, yəqin rus jurnalistləri və tarixçilərinin Lenin, Trotski və Zinovyevin adına çıxardıqları söz-söhbətdən xəbəriniz var. Babalı onların boynuna, yazırlar ki, üçü də cinsi azlıqlardan olub və Trotski ilə Zinovyev bu üzdən intriqa aparırmışlar. Hələ Anatoli Lunaçarski də o dəstədənmiş, bu həvəsini tərgitmək üçün özünü telektrik cərəyanına verdirib, xəstələnib, ölüb. Bu barədə filmlər var.

Bunları biləndən sonra Leninin Razliv gölünün qırağındakı daxmada (şalaş) heç də inqilabi ideyalar üzərində düşünmədiyi qənaətinə gəlirsən. Adam boy-frendi Gerşon-Ovseyi də götürüb təbiət qoynunda istirahətə gedibmiş. Elə çıxır ki, LGBT abbreviaturası o vaxtdan varmış: Lenin, Gerşon, Buxarin, Trotski...

Yəni çox da nostaljiyə qapılıb kədərlənməyin, SSRİ-nin dağılmasına görə də üzülməyin, ibnələrin qurduğu dövlət nə qədər ömür sürəcəkdi ki? Ata yerdə yaramazlar milyonlarla insan güllələyiblər, axırda da bir-birini məhv ediblər.

Beləcə, 20-ci əsrin 70 ili boyunca dünyanın kasıb-kusubunun beynini xarab eləyən əldəqayırma “peyğəmbər” də unuduldu, “öldü”, getdi. Ölən onun ruhudur, cismi mavzoleydədir.

 

Нет комментариев

Новости автора