Свобода людям, независимость нациям!

Üç (b)adam, bir (çürük) qoz... - Nə oldu, Paşinyan?

ABŞ istəyir gətirib Pentaqonu İrəvanda tiksin, Ermənistanın regional  gücə çevrilmək potensialı yoxdur 

Ermənistanın Avropa İttifaqı və ABŞ nümayəndələri ilə 5 aprel görüşü ətrafında süni ajiotaj yaradılmasının səbəbi əlbəttə ki, görməmiş Paşinyan hökumətidir. Ermənilər yamsılamağı sevirlər, məsələn, onun ən “parlaq” nümunəsi yalançı soyqırım nağılı uydurub özlərinə “əzabkeş erməni xalqı” deyərək, yəhudilərlə müqayisə etmələridir. İndi də bu görüş ətrafında “toz-duman” yaratmaqda   məqsəd Ermənistanın guya regionda, hətta dünyada “çəkisinin” artması kimi təqdim etmək,  bədbəxt erməni cəmiyyətini aldatmaq və müxalifəti susdurmaq istəyi idi. 

Paşinyan isə nə qədər çalışdı, özünü nüfuzlu dövlət təmsilçilərindən kiməsə bənzədə bilmədi-kameralara hürkək baxışları, təzə boz kostyumunda sıxılması, anlamsız gülümsəmələri ilə erməniydi ki, erməni...      

 2018-ci ildə inqilabla hakimiyyətə gələndə Paşinyanın Qərbə yaxınlığı bilinsə də, anti-Rusiya ritorikasını ustalıqla gizlədirdi. 2020-ci müharibəsindən sonra isə Paşinyanın “düyməsini basdılar”.  Moskva Ukrayna bataqlığına düşürüləndən dərhal sonra Ermənistanın yeni ağaları Paşinyanı inandırıblar ki, “Rusiya artıq heç vaxt əvvəlki ölkə olmayacaq, starteji məlubiyyətə uğrayacaq, bəlkə də parça-parça olacaq, tez hərəkətə keç”. Rusiyaya “Azərbaycanla müharibədə bizi qorumadın” bəhanələri, sərhəddə genişmiqyaslı təxribat törədib KTMT-ni köməyə çağırması da düşünülmüş gedişlər, Moskvanın “dönüklüyünə” sübutlar toplamaq əməliyyat idi. Sonra  Qarabağdakı sülhməramlılarla bağlı ittihamlara keçdi.  Rusiya-Ukrayna müharibəsi başlamasaydı, Paşinyan ya heç vaxt Moskvaya qarşı baş qaldıra bilməzdi, ya Allah bilir, neçə il fürsət gözləməli olacaqdı...   

0e2c83e35eef4effb3133e1697f68a66.jpg (76 KB)

Rusiya XİN-in dünənki görüşə reaksiyası birmənalıdır. XİN-in bəyanatda deyilir ki, Vaşinqton və Brüssel Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmasına, eləcə də Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına nail olmağa çalışır.  Rusiya deyir ki, ABŞ və NATO-nun fəaliyyəti Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ciddi risklər yaradır. Paşinyan gərək ki, ötən ilin sonunda Avropa Parlamentində çıxış edəndən sonra Rusiyanın reaksiya (amma rəsmi mövqe kimi yaymamışdılar) daha sərt idi. Bildirlirdi ki, Paşinyan  “Zelenskinin yolu” ilə getməyə,  Ermənistan “ikinci Ukrayna” olmağa həvəslənib. “Zelenski yolu” dedikdə Rusiyanın nələri nəzərdə tutduğu bəllidir. Rusiya hesab edir ki, Zelenski  Qərbdəki ağalarının dediklərini icra edir və getdiyi yolun sonunda da onu məğlubiyyət gözləyir. “İkinci Ukrayna” bənzətməsinə gəlincə, şəxsən mənim bu barədə mövqeyim dəyişməzdir.  Birincisi, ABŞ istəyir gətirib Pentaqonu İrəvanda tiksin, Ermənistanın Rusiyaya qarşı müqavimət göstərmək potensialı yoxdur. Nə resursları, nə insan potensialı buna imkan verir. İkincisi, iki slavyan xalqını bir-birinə düşmən etmək üçün Qərb illərlə ciddi təbliğat işi apardı, millətçi və radikal təşkilatlar qurdu, onlara hərbi təlimlər keçdi, bu işə milyardlar xərcləndi...Ermənistanda anti-Rusiya əhvalı əlbəttə ki, var. Fəqət ermənilər heç vaxt Rusiya ilə Ukrayna kimi döyüşə bilməzlər. 44 günlük müharibə sübut etdi ki, ermənilər qəddar olsalar da, əslində qorxaqdırlar.    

ccfef01f6d956957732b57f44e0c36b2.jpg (140 KB)

 Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra dövlət olaraq doğru qərarlar vermək əvəzinə, yenə yanlış yol seçib. Qərbin ayırdığı pullarla işimiz yox, amma onlar da yanlış yoldadırlar . ABŞ belə hesab edir ki, Ermənistanı gücləndirmək üçün onu Rusiya ilə qarşıdurma həddinə gətirmək mümkün ola bilər.  Avropa İttifaqı da sülh danışıqlarında qismən obyektiv moderator rolunu oynaya bilirdisə,  ABŞ-ın ağlına uyandan sonra bu missiyasını da ciddi şəkildə zədələliyb. Avropa İttifaqı müşahidəçiləri adı altında şərti sərhədə faktiki NATO ölkələrinin birləşmiş hərbi bölməsi yerləşdirilib. ABŞ və Avropa İttifaqının tutduğu mövqeyə görə guya Azərbaycan sülh istəmir, üstəlik Ermənistanın suverenliyini təhdid edir.

Əslində isə proses tam əksinədir, Azərbaycan sülh üçün apardığı ardıcıl fəaliyyətə rəğmən İrəvan hər cür bəhanə ilə bu sənədin imzalanmasından yayınır. Belə rəy yaranır ki, Amerika və onun Avropadakı satelleti olan Fransa Azərbaycanı təzyiq altında saxlamaq üçün Ermənistanın sülh sənədi imzalamamağa təşviq edir. Fransa silahlandırır, Amerika isə onu ürəkləndir. 

3c406050fdace3efcd30139d699f5ba3.jpg (286 KB)

Brüssel görüşündə Ermənistanla təhlükəsizliklə   bağlı hansısa sənəd-pakt imzalanmadı. Bağlı qapılar arxasında əlbəttə ki, nələr danışıldığı bilinmədi. Şübhəsiz, bu mövzu müzakirə masasında olub, Paşinyan da gen-bol həm Rusiyadan, həm Azərbaycandan gileyini edib. Onlar nə deyiblər, nə vəd ediblər, bu maraqlıdır. 

 Ukrayna cəbhəsində hər mənada(xüsusilə maddi) vəziyyət ağır olduğundan Ermənistana çətin ki, “başlayın!” tapşırığı verilsin. Qərb indi əsas olaraq Ukraynadakı savaşı durdurmağın yollarını axtarır. Belə vəziyyətdə Ermənistanın “ikinci cəbhə” açmasının ciddi perspektivi yoxdur. Paşinyana yəqin ki, sərt dönüşlər və çıxışlar etməmək, “Rusiyanı bir az da yola vermək” tapşırılıb. Amma Azərbaycanla münasibətdə Ermənistana nələr söylənilib, bunu da sirr kimi saxladılar, sülh sazişi ilə bağlı heç nə deyilmədi. Halbuki  Ermənistanın gələcəyi üçün Azərbaycanla münasibətlər, sülh sazişi həyati əhəmiyyətlidir...  

İndilikdə Brüssel görüşü “üç (b)adam, bir (çürük) qoz”qiymətləndirməsinə daha uyğun gəldi. Erməni cəmiyyəti və müxalifəti yenə “təhlükəsizlik qarantiyası, milyardlar nə oldu, Paşinyan?” deyə, soruşacaqlar..        

Nazim SABİROLU, 
Musavat.com


Нет комментариев

Новости автора