Свобода людям, независимость нациям!

Müxalifətin mitinq fiaskosu - “artsax”ın bağlanan kitabı

Erməni radikal-revanşistlərin 5 noyabr mitinq-yürüşü əvvəlkilərdən fərqlənmədi. Nikol Paşinyanı istefaya vadar edəcək kütləvilik yenə alınmadı. Aksiya təşkilatçıları – “Qarabağ klanı”nın odioz təmsilçiləri və daşnak elementlər hamını bezdirmiş şüarları, “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” sayıqlamasını təkrarlayıb dağılışdılar. Təbii ki, iqtidar komandasının ünvanına ənənəvi təhqir və hədələr də öz yerində.

Halbuki Nikol bu dəqiqə pis-yaxşı faktiki erməni xalqının yeganə xilaskarı rolundadır. Onun hansısa radikal ünsürlə əvəzlənməsi vəziyyəti daha da ağırlaşdıracaq, yeni və daha amansız müharibəni qaçılmaza çevirəcək, qonşu xalqa yalnız əlavə məşəqqətlər gətirəcək.

Rusiyayönlü müxalifətin hələ də daxildə ciddi ictimai dəstək qazana bilməməsinin əsas səbəbi budur. Geniş elektorat Paşinyanın opponentlərinin populizmlə məşğul olduğuna və əsas hədəflərinin hakimiyyəti ələ keçirmək olduğuna əmindir. Müxalifətin iqtidardan fərqli real və konstrktiv “yol xəritəsi” təqdim edə bilməməsi bu qənaəti möhkəmləndirir...

“Rusiya bizi inandırmağa çalışır ki, Artsaxı Azərbaycandan kənarda saxlamaq mümkündür – hərçənd reallıqda belə deyil. Düşmən artıq Qafandan Cermuka (İstisu – red.) qədər bütün strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edir. Yeni müharibə bizim üçün əsl fəlakət olacaq. ABŞ-ın planı isə belədir ki, fəlakətdən qaçmaq və Ermənistanı xilas etmək lazımdır.”Artsax” üçün isə heç bir xilas variantı yoxdur. Heç kimdə. Bu, sərt reallıqdır. Kim bunu inkar edərsə, yalançı və təxribatçıdır”.

Sitat Armenianreport.com-un bugünkü redaksiya məqaləsindəndir.

Yəni ki, “Artsax”ın kitabı artıq bağlanıb...” Keşkə bu reallığı Kremlə bağlı Ermənistan müxalifəti və onun aldatmağa çalışdığı kəsim də birdəfəlik dərk edəydi, nəinki satqın adlandırdıqları Paşinyana qarşı cürbəcür təxribat, sui-qəsd planları quraydılar. Yeri gəlmişkən, baş nazirə qarşı terror planları haqda son vaxtlar tez-tez danışılmağa başlayıb.

Ancaq radikallar Nikolu aradan götürməklə nəyə nail olacaqlar ki – öz xalqının iztirablarını artırmaqdan savayı? Dəfələrlə yazdığınız kimi, ermənilərin xoşbəxtliyi hakimiyyət dəyişikliyinə yox, məfkurə dəyişikliyinə bağlıdır. Nə qədər ki, onlar toplum olaraq “miatsum” mərəzındən tam sağalmayıblar, Paşinyan hakimiyyətdə qalsa da, getsə də, öldürülsə də, öldürülməsə də, bu mənfur qəbilə rahatlıq və nicat tapmayacaq.

Əslində iki ildir Azərbaycanla sülh müqaviləsini müxtəlif bəhanələrlə ləngidən Ermənistan hakimiyyəti radikal müxalifətdən bu xüsusda ciddi fərqlənmir. “İlanın ağına da lənət, qarasına da”. Bu da növbəti sübut.

“Bakı əsrlərdir Dağlıq Qarabağda yaşayan ermənilərin ya Azərbaycanın şərtlərini qəbul edib orda qalmalı, ya da üçüncü ölkəyə getməli olduğu şərtini irəli sürür və bunun etnik təmizləmə olmadığını iddia edir. Maraqlıdır, bu tezisin müəllifləri öz dediklərinə inanırmı?”

Bu iddianın müəllifi kim olsa yaxşıdır? Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri, Nikol Paşinyanın ən çox inandığı adamlardan biri Edmon Marukyan.

Dərhal sual yaranır: bəs Manukyanın özü necə, öz sərsəmləməsinə inanır?

İştaha bax: Azərbaycan Qarabağ erməniləri onun tərkibində yaşamaq istəmir deyə, erməni vətəndaşları qarışıq, öz torpağından imtina eləməlidir? Qarabağ erməniləri Azərbaycan tərkibində yaşamayacaq deyə, onlara ərazimizdə ikinci saxta erməni dövlətimi qurmalıyıq? Doğrudanmı bu cəfəngiyata Nikolun yaxın adamlarından sayılan Manukyan inanır?

Bu, hələ guya Azərbaycanla sülh arzulayan, ərazi bütövlüyümüzü tanıyan “praqmatik” Ermənistan hakimiyyətinin təmsilçisidir. Gəl ki, radikal müxalifətlə eyni tezisi - ərazi iddiasını bölüşür. Axı deyəsən cəmi bir neçə gün öncə Paşinyan bütün Ermənistana bəyan elədi ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi saymayan bircə dövlət də yoxdur! O zaman onun müşaviri nə çərənləyir? Hansı etnik təmizləmə? Öz ayıbına kor olmaq əvəzinə, nə vaxtadək adlarını bizə qoyacaq bu mənfur millətin öndə gedənləri?

Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparıb yerində 1 milyon mina basdıranlar görən yad planetlilər idimi? Hələ də camaat öz torpağına qayıda bilmir. Bəs qədim Türk eli Ermənistanda etnik təmizləmə həyata keçirib onu haylar üçün mono-etnik ölkəyə çevirənlər? Onlar Manukyanın murdar soyundan deyildilər? Qovularkən soydaşlarımızdan “Ermənistan daxilində status istəyirsinizmi” soruşan olmuşdu?

Olmamışdı. Biz də soruşmayacağıq. Yaxud status olacaqsa, yalnız “simmetrik” olacaq...

Zahid SƏFƏROĞLU

Нет комментариев

Новости автора