Свобода людям, независимость нациям!

Laçından Kişineuya, Kişineudan dünyaya...

Prezident İlham Əliyevin bu il may ayının 28-də Laçın şəhərinə səfər etdi, orada təsirli nitq söylədi, möhtəşəm ismarıclar verdi və bundan az sonra – yeni ayın ilk günü Moldovanın paytaxtı Kişineuda keçirilən “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısına yola düşdü. Kişineudan təxminən 35 km aralıda yerləşən Bulboaka bölgəsindəki Mimi qəsrində 50-yə yaxın dövlət və hökumət başçısı bir araya gəldi, müzakirələr aparıldı, ikitərəfli, çoxtərəfli görüşlər oldu.

e2253d8d5a373e3ff8c4c4b7566e75cb.jpg (351 KB)

Belə görüşlərdən bizimçün xüsusi önəm daşıyanı beştərəfli görüş oldu: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts arasındakı görüş qeyri-rəsmi görüş olsa da diqqət mərkəzindəydi. Beştərəfli görüş az sonra üçtərəfli formatda davam edib. Yəni Makron və Şoltsun qısamüddətli iştirakından ziyadə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi, Brüssel Sülh Gündəliyinin davam və inkişaf etdirilməsi bizimçün daha vacibdir. Kişineu, Moskva, Soçi, Vaşinqton... – danışıqlar harda olur olsun, sonucda ədalətli sülh olsun, əsl sülh hasil olsun.

Hansı vasitəçi, hansı üçüncü ölkə ədalət, sülh mövzusunda səmimidirsə, biz bundan ancaq şad olarıq. Kimsə hesab edirsə ki, Ermənistanla Azərbaycan arasındakı danışıqları öz dəxlisiz maraqlarını gerçəkləşdirmə meydanına çevirə bilər, yanılır. Qeyri-sağlam yanaşmanın heç bir perspektivi olmayacaq. İstər Ermənistanı öz forpostu bilən, istər Ermənistanı “kiçik bacı” sanan, istərsə, Ermənistanı özünə bağlamaq istəyənlər bilməlidir ki, Azərbaycan müşahidə edir, bilir, görür və bunlara qarşılıq olaraq öz tədbirlərini alır, öz yolu ilə irəliləyir.

978335c7e3276483aba42f1e58d71663.jpg (349 KB)

Bu irəliləyişin yol xəritəsini İlham Əliyevin Laçından verdiyi 28 may ismarıclarında çox aydın görürük. Özü də, Azərbaycanın əvəzsiz qardaşı Türkiyədəki Cümhurbaşqanı seçkilərinin təvafüq etdiyi 28 may günü və məhz Laçında verilən ismarıcları anlamaq maraqlı ünvanlar üçün çətin olmasın gərək. Bölgə ilə bağlı istək, iddia və israrları olanlar öz hiss-həyəcanlarına çəki-düzən verməlidir.

“Şuşa Bəyənnaməsi” imzalamış Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından irəli gələn birgəlik, möhkəm duruş bütün haqsızlıqlara meydan oxuyur. Əlbəttə, bu duruşu şərtləndirən ən böyük hadisə 44 günlük müharibədəki tarixi Zəfərimizdir. Zəfərimiz bölgədə yeni gerçəkliklər yaradıb və sevən də-sevməyən də o gerçəkliklərlə barışmaq zorundadır. Müzəffər Ali Baş Komandan 28 may günü Laçında eynən belə dedi: “Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir”.

Aliyev_and_Erdogan_signed_Shusha_Declaration_on_allied_relations_3.jpg (2.01 MB)

Yeri gəlmişkən, yaxın-uzaq ölkələrdə nə düşünüldüyünü hələ bir qırağa qoysaq, Qarabağda, Şərqi Zəngəzurda sürətli, keyfiyyətli və irimiqyaslı tikinti-quruculuq işlərini Xankəndi və çevrəsində məskunlaşmış bir ovuc erməni, həmçinin Ermənistan vətəndaşları da bilir, görür. Görürlər ki, onların işğalçılıq, separatçılıq, terrorçuluq siyasəti 30 il içində özlərinə, başqalarına nə fəlakətlər gətirib. – İndi erməni işğalçılıq mədəniyyətsizliyinin azərbaycanlı quruculuq mədəniyyəti ilə əvəzlənməsi bölgəni cazibə mərkəzinə çevirir. – “Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq”.

Bir qədər sonra ermənilərin Azərbaycan kəndlərinə, şəhərlərinə iş üçün müraciətləri başlasa, bu, heç də təəccüblü olmayacaq. İnkişafla geridəqalmışlıq, imkanlarla cəhalət azərbaycanlılarla ermənilər yaşayan məntəqələr arasındakı açıqara fərqlə bütün dünyaya nümayiş olunacaq. Uzaq gələcəkdən danışmırıq, elə bu gündən danışırıq, bu aydan, bu ildən danışırıq... Prezidentin vurğuladığı kimi, “mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək”.

Özü də, bu uğurlar başqa uğurlarla tamamlanır, necə deyərlər, bir sistem təşkil edir. Prezident Laçındakı Müstəqillik Günü etdiyi çıxışda strateji önəm daşıyan uğurumuza xüsusi vurğu etdi: “Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.

3270a81df73697b42f8ea135dc45fd39.jpg (87 KB)

Həmin sərhəd-buraxılış məntəqəsinin qarşı tərəfindəki ərazilərdə, Qərbi Zəngəzur və Göyçə istiqamətində fransız jandarmasının müşahidə apardığı deyilirdi. – “Fransa Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Avropa Birliyi (AB) missiyasının tərkibində jandarmalar göndərəcək”. – Bu sözləri hələ fevralda Fransa rəsmisi duyurmuşdu... Azərbaycanın siyasi iradəsini, hərbi gücünü hesaba almamaq qəflətdədir. Çün ki, biz “dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”. Və “Separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi”!..

ad9059a765268e0677d788bfef215fc9.jpg (102 KB)

Laçında 28 may – Müstəqillik Günü verilən ismarıclar azad Laçının müstəqil­liyimiz üçün önəmini və separatçıların qondarma “müstəqillik” xülyalarının puça olması üçün yenə Laçının azadlığının önəmini ifadə edir. Prezident vurğuladı ki, son vaxtlar beynəlxalq təşkilatlar bizim mövqeyimizlə tamamilə razılaşıb. Çünki bizim işimiz haqq işidir, çünki güclü siyasi iradəmiz var, güclü iqtisadi imkanlarımız var, qalib oprdumuz var. Haqlı olmağımızı müdafiə edə bilməyimiz, mövqeyimizdən qırağa bir addım belə atmamağımız danılmaz və qəbul görmüş faktdır: “Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır”.

Yazının sonunda yenidən Kişineuya qayıdaraq, vurğulayaq ki, bu il iyulun 21-də Brüsseldə növbəti yüksəksəviyyəli üçtərəfli (Əliyev, Paşinyan, Mişel) görüş keçiriləcək. Brüssel görüşünədəksə Xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşü keçiriləcəkdir. Bu, XİN başçılarının Vaşinqtonda yaxın aylarda baş tutmuş və Sülh Anlaşmasına xidmət edən ikinci görüş olacaq.

DÖVLƏTİMİZ VAR OLSUN!

 

Нет комментариев

Новости автора