İlham Əliyevin 4 saatı...
Rus və ingilis dillərində, Türk dilinin Azərbaycan və Anadolu ləhcələrində 4 saatdan çox davam edən mükəmməl, tarixi bir mətbuat konfransı.
Dosta -düşmənə və dünyaya verilən önəmli mesajlar!
Oradakı suallar sadəcə sual deyildi: verilən cavablar sadəcə cavab deyildi...
İlham Əliyev hər dəfə siyasət və informasiya məkanına çıxanda, gündəm dəyişir, yeni gündəm yaradır.
Özünün və ölkəsinin sabaha baxışlarını, plan və strategiyasını açıqlayır.
Heç bir söz bədahətən və anlıq durumu qurtarmaq üçün deyilmir.
Onun Azərbaycan problemləri ilə bağlı hazırladığı plan-proqram var və indi onların icrası dövrüdür.
Sadəcə, mərhələ mərhələ, bəyan edir, məlumatlandırır; bəzən korrektələr də olur; bəzən bir addım geri çəkilib, manevrlər də edir.
Lakin proses gedir və dayanmır.
Azərbaycanın maraqlarından bir santim də geri durmaq onun kitabında yoxdur.
Tarix yazdığının və bu günlərin ölkəsi üçün bir QƏDƏR ANI olduğunun fərqindədir.
Romantik - realist, səhnədəki bütün siyasətçilərin arzu və ideyalarını, Qarabağa dair xəyallarını "yol xəritəsi"nə düzüb, həyata keçirdir.
...Xudafərin qurulur, Şuşada iş gedir, yol çəkilir...
Füzulidə hava limanı tikilir...
Zəngilanda "Ağıllı kənd" layihələrinə start verilib...
Millət "Böyük qayıdış"a hazırlanır...
Ötən il bu zamanlar Yaxşı kateqoriyasına aid fantastik görünə biləcək hər şey başımıza gəldi...
Gələn il bu zamanlar indi fantastik görünən çox şey gerçəklik və yaşanmışlıq olacaq...
Yaşasın və yaşayaq, görək....
***
Bu qeydlərdən sonra aşağıdakı linklərə yerləşdirilmiş fraqmentlərə baxmanızı rica edirəm..
***
https://youtu.be/WNcwwai-cnI
https://youtu.be/r5Jw23BP0P8
https://youtu.be/-5MB9JRgCEQ
https://youtu.be/r6NBxYTywoI
https://youtu.be/iqLNx9oegxM
https://youtu.be/MFOw4Mc1rSk
https://minval.az/news/124093567
https://m.minval.az/news/124093610
https://m.minval.az/news/124093577
КомментарииОставить комментарий