Свобода людям, независимость нациям!

Ermənistan dövləti özünü BURAXMALIDIR!

Ermənistan yenə atəşkəsi pozdu; Dəmir Yumruğun cavabı yenə gecikmədi.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ordusunun (Qafanın Nerkin-And yaşayış məntəqəsi yönündən) açdığı snayper atəşi ilə əsgər Pərviz Xəlilzadənin yaralanmasına cavab olaraq “Qisas əməliyyatı” həyata keçirib.

QİSAS SON.jpg (169 KB)

Təsirli “qisas əməliyyatı” nəticəsində məhv edilmiş erməni hərbçilərinin adları da artıq bəllidir. Ermənistan tərəfi özü etiraf edib ki, fevralın 13-ü - gödək ayın nəhs günü əvəzçıxma qara sevdalıları üçün doğrudan da nəhs gün olub (Necə ki olmalıydı)!

Zərərsizləşdirilən erməni hərbçiləri bunlardır:

Qaqik Varazdatoviç Manukyan (1982),

Eduard Hamletoviç Arutyunyan (1974),

Arsen Qaqikoviç Hambartsumyan (1979),

Hraçya Talışeviç Hovhannisyan (1957).

Üstəgəl, daha bir erməni hərbçisi yaralanıb (Bu sətirlər yazılarkən başqa bir erməni hərbçisinin – “Yerkrapa” Könüllülər Birliyinin üzvü, 1984-cü il təvəllüdlü Qor Razmikoviç Asatryanın da cəhənnəmə vasil olma xəbəri yayıldı).

OLDU SON.jpg (130 KB)

Belə bir sual yaranır: ilin-günün bu vaxtında bu itkilər Ermənistana lazımıydımı? Lazımıydısa, Ermənistanda hansı zümrə, hansı qol, hansı qanad bunu edib və nə üçün? Ağla gələn ilk üç versiya belədir:

1) Bu, Paşinyan hökumətinin, Ermənistan siyasi-hərbi rəhbərliyinin bilgisi daxilində baş tutub;

2) “Beşinci kolon” – “Köçəryan-Sarkisyan qanadı” qanadlanmağa çalışıb;

3) Bu, bir özfəaliyyətdir – lokal olaydır.

Bəlkə dördüncü bir versiya da bulmaq olar; ancaq dördüncü-beşinci versiya olsun ya olmasın – bizə atəş açılıb və atəş özünü müstəqil ölkə hesab edən Ermənistan dövlətinin ərazisindən açılıb. Biz öz versiyamızı səsləndirə bilərik, bir başqsı ayrı bir versiyaya üstünlük verə bilər – bunlar durumu dəyişməz. O atəş açan ermənin əlinə avtomatı, ağzına siqareti mənmi vermişəm? Ona postu mənmi qurmuşam və mənmi onun adını “ştatka”ya salıb, maaş verirəm? “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”! – Müzəffər Ali Baş Komandan İlham Əliyevin hələ 2020-ci ilin 20 noyabrında dediyi bu sözlər öz güncəlliyini saxlayır. Və məsələn, bizdən fərqli olaraq, 1918-ci ildən daha çox 1991-ci il vurğusu edən Ermənistan hakimiyyəti siyasi varisi olduğu ilk müstəqil erməni dövlətinin hansı ərazilərə malik olduğunu unutmamalıdır. 1918-ci ildə zar-zor 9 min kv.km ərazidə qurulmuş ilk erməni dövlətinin 1991-ci ilədək necə 29 min kv.km-ə yaxın əraziyə sahib olması sualının idrakı üçün bütün erməni ictimai-siyasi mühiti, Ermənistan cəmiyyəti düşünməlidir. Bununçün onlara nə lazımdır, görəsən? Bəlkə Dəmir Yumruq? Yoxsa, yenə giyişir, qaşınırlarmı?

DEMİR SON.jpg (71 KB)

Bu arada, Avropa Şurasının baş katibi Ermənistan-Azərbaycan şərti sərhədində baş verən son atışmalarla bağlı rahatsızlığını bildirib. Xanım Mariya Pejçinoviç-Buriç “X” sosial şəbəkəsindəki paylaşımı mənə köhnə havaları – üç onillik boyu işğalçıyla işğala məruz qalanın bərabər tutulmasını xatırlatdı. –“Ermənistan-Azərbaycan sərhədində atışma xəbərləri bizi rahatsız edir. Biz hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhə aparan yeganə yoldur”. Aha!.. Dialoq davamlı sülhə aparan yeganə yoldu da, bəs nə əcəb, ilk atəşi kimin açmasının üstündən belə xəfif-xəfif keçilir? Bəs həmin Avropa Şurasının Parlament Assambleyası ötən ay sanki “erməni yuvası”na dönüb də, Azərbaycanın səsvermə hüququnu məhdudlaşdırınca, əcaba, nə düşünürdü? – Davamlı dialoqmu? Barışıqmı? – İşğalçını əzizləyib, illər sonra daxili imkanlar hesabına işğala son vermiş dövləti dışlamaq çoxmu ühulət-suhulətli hərəkətdir?

Bəs bir daha belə halların baş verməməsi üçün nə etməli?

Bu sətirlərin yazarı hələ II Qarabağ müharibəsi başlamamışdan öncə yazıb-paylaşdığı, dövri mətbuatda yayımlanan “Ermənistanın qeyd-şərtsiz Təslim Aktı”nda “bufer bölgə” və b. vurğular etmişdi.

Hesab edirik ki, Ermənistan uzaqvuran toplar, uzunmənzilli (idarə olunan) raketlər saxlamaq hüququndan məhrum qalmalıdır.

Ermənistanın Azərbaycanla sərhədləri boyu 20 km dərinliyində silahsızlaşdırılmış bölgələr olmalıdır. Silahsızlaşdırılmış bölgələrdə yalnız yerli əhalinin sosial-məişət planında asayişini təmin etməkçün sınırlı yüngül silahlı polis patrul xidmətinin mövcudluğu qəbul edilə bilər.

Ermənistan 4 minə yaxın azərbaycanlı əsir-girovun taleyinə konkret zaman zərfində tam aydınlıq gətirməli, müharibə canilərini, o cümlədən Köçəryan-Sarkisyan cütlüyünü Azərbaycan ədalət məhkəməsinə təhvil verməlidir.

Ermənistan işğala, dağıntılara, insan təlafatına görə Azərbaycandan üzr istəməlidir.

Ermənistan öz ərazisindəki terrorçu abidələrini, o cümlədən qondarma “erməni soyqırımı abidəsi”ni sökməlidir. Ermənistan dövləti struktur, ideologiya, vəzifə-məqsəd və digər kateqoriyalar, əməli çalışma sahələri üzrə zəruri söküntüyə uğramalıdır.
Ermənistan tərəfi beynəlxalq erməni diaspor və lobbi güclərinin hər hansı pozuculuq hərəkətlərində iştirak etməyəcəyinə, onları belə hərəkətlərdən çəkindirəcəyinə dair öhdəlik götürməlidir.

Ermənistan tərəfi qəti şəkildə üzərinə götürməlidir ki Azərbaycan torpaqlarının bir hissəsini işğal altında tutduğu illər üzrə dəymiş maddi, mənəvi ziyanın qarşılınmasını və (neytral qiymətləndiricilərin də daxil olduğu xüsusi komissiyanın müəyyənləşdirdiyi miqdarda) təzminat ödənilməsini təmin edəcək.

Ermənistan tərəfi rəsmən etiraf etməlidir ki, onilliklər boyu Ermənistan ərazisində (və işğal altında tutulmuş Azərbaycan torpaqlarında) bir çox toponimlər dəyişdirilmişdir və mümkün olan ən qısa zaman içində (maksimum 2 ayı keçməmək şərti ilə) toponimlərin bərpasını Ermənistan hüdudları içində təmin edəcək, Azərbaycan hüdudları içində Azərbaycan Respublikası yetkili orqanlarının almış olduğu, bundan sonra alacağı qərarları qəbullanacaq.

xocali 1.gif (246 KB)

Ermənistan tərəfi öz üzərinə götürməlidir ki, Xocalı soyqırımını, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım və digər soyqırım aktlarını, hərbi cinayətləri törədənləri, o cümlədən əsirlərə, girovlara işgəncə verənləri (yaşayan iştirakçıları bilavasitə, ölmüş cinayətkarların isə adlı siyahısını) Azərbaycan tərəfinə təhvil verərək, müvafiq məhkəmə qərarlarının çıxarılmasına maraq göstərəcək, zəruri materiallar, şahid ifadələri üçün imkanlarını əsirgəməyəcək.

Ermənistan hökuməti Xocalı soyqırımını və Qarabağın Azərbaycana aid olmasını inkar etmənin Ermənistan Respublikası ərazisində suç sayılması haqqında Qanunun qəbulu üçün bütün imkanlardan istifadə etməlidir.

Ermənistan tərəfi, Ermənistan Respublikası ərazisindəki bütün elm-mədəniyyət, təhsil müəssisələrində, dərslik proqramlarında Azərbaycanla bağlı təhrif olunmuş, saxta məlumatların yayılmasının, öyrənilməsinin, öyrədilməsinin məqsəduyğun olmadığını qəbul etməlidir; və bu yöndə Azərbaycan tərəfini təmin edən şəkildə davranmalıdır. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı tarixi həqiqətlərin dərsliklərdə əks etdirilməsi də Ermənistanın öhdəlikləri içərisindən olmalıdır.
Zəngəzur, Göyçə, İrəvandan və digər (tarixi Azərbaycan torpaqlarından) zor, qorxu və hədə ilə didərgin salınmış azərbaycanlılar üçün ləyaqətli geridönüş haqqı tanınmalıdır.

Ermənistan Respublikası tarixi öhdəliyini bir daha təzələyərək, heç bir zaman, heç kəsin təhriki və heç bir şərt daxilində Azərbaycan Respublikasına torpaq iddiasında bulunmayacağını rəsmən açıqlamalı, qanuniləşdirməli – hüquqi akta çevriməlidir.

Ermənistan tərəfi qəbul etməlidir ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının, digər Azərbaycan əraziləri ilə birbaşa quru əlaqəsinin kəsilməsi tarixi ədalətsizlikdir, Naxçıvanın dinc əhalisi uzun illərdir bundan əziyyət çəkir. Ermənistan materik Azərbaycanla Naxçıvan arasında gərəkli parametrlərlə və Azərbaycanı təmin edəcək təhlükəsizlik şərtlərinə uyğun dəhlizin 2024-cü il içində açılmasını öz öhdəsinə götürməlidir.

zengezur_dehlizi_140122.jpg (92 KB)

(Ola bilsin, Azərbaycan xoşməram nümayiş etdirərək, Zəngəzur dəhlizinin Ermənistan Respublikası ilə İran İslam Respublikasını birləşdirən magistralla kəsişməsində (yalnız bir kəsişmədə) neytral ərazi sayılmasına etiraz etməz. Həmin kəsişmə yerində hərəkətin davamlılığnı təmin etməkçün Azərbaycan tərəfi xoşməram nümayiş etdirərək, dəhlizin körpü vasitəsi ilə davamına etiraz etməyə bilər. Kəsişmə yerinin genişliyi eninə-uzununa 200-250 m. ərazini aşmamalıdır).

Əgər Zəngəzur dəhlizin keçdiyi yerdə mülki yaşayış evləri, fərdi təsərrüfatlar varsa, onların köçürülməsi xərcləri Ermənistanın Azərbaycana ödəməli olduğu təzminatdan çıxıla bilər; ərazidəki dövlət (o cümlədən hərbi) obyektlərin köçürülməsi Ermənistan Respublikasının daxili imkanları hesabına təmin edilməlidir.

MİNA.jpg (386 KB)

Azərbaycan hüdudları içində erməni hərbçilərinin basdırdığı və hələ müəyyənləşdirilməmiş minaların yerini dəqiq demək öhdəliyi də Ermənistanın üzərindədir.

Ermənistan silahlı qüvvələrinin (və ya hər hansı bir hərbi qüvvənin) öhdəliklərə uyğun hərəkət etmədiyi təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələri cəza (qisas) tədbirləri görmək və ya digər zəruri hesab etdiyi addımları atmaq hüququna malikdir.

P.S. Bunlar Ermənistanın xoşuna gəlməmiş ola bilər. Xub! O zaman o bayraq o dirəkdən bir dəfəlik enməli, Xankəndi və çevrəsində mövcud olmuş keçmiş qondarma rejim misalı, Ermənistan dövləti də özünü buraxmalıdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Нет комментариев

Новости автора