Общественно-политическая интернет газета
Ermənistan Gəncəni yenə xaincə gecə vurdu. Bilə-bilə, düzünə qəsdlə, mülki vətəndaşları qətl etmək məqsədilə yenə ballistik raketi Gəncəyə istiqamətləndirdilər. İlkin məlumata görə, 15 yaralı var. İndilik rəsmi açıqlama olmasa da, görünən budur ki, itkilərimiz də var.
Buna daha dözmək olmaz. Dinc insanlarımızı qətl edən bir dövlətin, onun cinayətkər yetkililərinin başına dünyanı yıxmaq lazımdır!
Ermənistanın məqsədi bəllidir: məcbur qalıb, biz də İrəvanı vuraq, bununla da işin içinə Rusiya və KTMT-ni qatmağa bəhanə yaransın...
Tamam, İrəvanı vurmayaq. Amma Dağlıq Qarabağdakı oyuncaq və qanunsuz rejimin oturduğu bina və sığınacaqları ki vura bilərik! Araik Arutunyan şərəfsizi dronlarımızla ovlayıb, məhv etmək lazımdır!
Bunun üçün gərəkən hər imkanımız var. Dronlarımız, o şərəfsizin və "dqr" bandasının üzvlərinin koordinatlarını verəcək agenturamız da mövcuddur.
Bunu etməliyik!
Dinc əhalini deyil, qanunsuz və silahlı qurumun rəhbərini, yaxın ətrafını yox etmək üçün günü bu gündən hərəkətə keçmək lazımdır. Əminəm ki, belə də olacaq!
Gəncədə ölən günahsız qadın, körpə və valideynlərin qisasını "dqr" adlı qurumun köpəklərindən almaq lazımdır. Alacağıq da!
Yaşamaq onlara haramdır!
Azərbaycan heç nəyə baxmayaraq, uğurlu savaşını davam etdirəcək.
Qələbə bizimdir!
Rauf Arifoğlu
25 Декабрь 2019
18 Март 2019
22 Ноябрь 2018
24 Апрель 2018
25 Июнь 2015
КомментарииОставить комментарий