Свобода людям, независимость нациям!

Döyüş bayrağı


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dünən Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağını təqdim etdi. Döyüş Bayrağı nəyi ifadə edir? –O, Azərbaycan Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiә etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağının şüarı “Azərbaycan uğrunda”dır! Döyüş Bayrağı əsgər şərəfinin, şücaətin və şöhrətin rəmzidir. – Bunları niyə xatırladıram? – I Qarabağ müharibəsində torpaqlarımızın 20 faizi işğala məruz qalsa da, heç bir halda heç bir hərbi hissəmizin Döyüş bayrağı düşmən əlinə keçmədi! Döyüş Bayrağı namusdur! – Himnimizdə deyildiyi kimi:

“Namusunu hifz etməyə,

Bayrağını yüksətməyə,

Cümlə gənclər müştaqdır”!

II Qarabağ müharibəsində - 44 gün içində 11 min fərari “istehsal” edən Ermənistanınsa, yanlış xatırlamıramsa, ən azı 2 döyüş bayrağı bizim hərbçilərin əlinə keçdi. Bax, bizimlə düşmənin – Azərbaycanla Ermənistanın fərqi Döyüş Bayrağına münasibətdə də çox aydın şəkildə görsənir.

Başqa bir məsələ:

44 günlük müharibədən sonra belə təsəvvürlər vardı ki, bəs Ermənistan sarsıdıcı məğlubiyyətə uğradığı, ordusunun qırılanı qırılıb, qaçanı-qaçıb, qalanı şil-küt olduğu və torpaqlarımız azad olunduğu üçün biz artıq, büdcədən ordu xərclərinə ayırmaları azalda bilərik və s. Ancaq Müzəffər Ali Baş Komandan çox doğru və tarixi addım ataraq, nəinki xərcləri azaltdı, əksinə xərclər artırıldı. Ordu, ümumən ölkə qarşısında yeni hədəflər qoyuldu. Yəni müqəddəs bayrağımız Şuşaya sancılsa d, bu əziz şəhərimiz bayrağımızın sancılacağı son məntqədə deyil; Şuşada dalğalanan bayrağımız bizə yeni hədəfləri göstərir! – Prezident dünən komandolar qarşısında çıxış edərkən dedi: “Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür”.

Bu sözlərin davamında Ali Baş Komandan uzaqmənzilli raketlərin alınmasından danışdı – təkrar edirəm, uzaqmənzilli! – Yəni Ermənistanın enini-uzununu göz önünə gətirəndə, bu, düşmənin ən dərin nöqtəsində belə əlimiz çatmayan anbar, hərbiləşdirilmiş zavod, hərbi hissə, ehtiyat qüvvəsi, təminat yolu, körpü və s. qalmayacaqdır deməkdir. Bu həm də o deməkdir ki, 30 ilə yaxın ərazilərimizi işğal altında saxlamış (təbii, öz gücünə deyil, arxalandıqları güclərin davamlı və hərtərəfli dəstəyi hesabına), ərazilərimizin dərinliklərinədək gəlib çıxmış Ermənistanın indi 29,8 min kv.km sayılan ərazisinin həmən-həmən hər yeri nişangahımız altına düşür. Gəlin yenə Prezidentin öz sözlərinə diqqət edək: “Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Kainatın ruhuna, Tanrının lütfünə və əlbəttə, dövlətimizin gücünə baxın: görün haradan haraya gəlib-çıxmışıq. Bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin illər öncə nizami ordu quruculuğu sahəsində atdığı önəmli addımlar, ən azı, həmin addımlar qədər önəm daşıyan güclü beynəlxalq əlaqələr və bunlarla yanaşı, iqtisadiyyatın gücləndirilməsi tədbirləri bugünkü uğurlarımızın təməlləridir. Və 3 il öncə düşmənin başını əzən Dəmir Yumruq tam da öz yerindədir!

Beləliklə, Müzəffər Ali Baş Komandanın dünən komando hərbi hissəsinə səfəri və oradakı möhtəşəm çıxışı bizi həm ötən illərə bir daha nəzər salmağa, bugünümüzü təhlil etməyə və daha aydın baxışlarla gələcəyə yönəlməyə çağırır.

Müzəffər Ali Baş Komandanın 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində məhz komando hərbi hissəsinə Döyüş Bayrağı təqdim etməsi, oradakı ortamla tanış olması və möhtəşəm çıxışı özlüyündə bir hadisədir. Həm respublikamızın Silahlı Qüvvələrinin 105 illiyini alnı açıq-üzü ağ bayram edirik həm də bağlanmış Laçın postunun hər iki tərəfindəkilərə ismarıc veririk: ağlınızı başınıza yığın! Oyununuz vardısa – bitdi, hoqqanız vardısa – özünüzə çevrildi; dış güclərə son ümidiniz vardısa – o da çin olmadı! Deyirik ki: sizdən “yenilməz ordu” olmadı – məgər mifin mifiymiş; sizdən 100 il öncələr “milləti-sadıka”, “tebayı-sadıka” olmamışdı zatən, indi başnızı sığallayanlar da gördü ki, sizdən heç düz-əməlli for-post da olmazmış... Sizdən dövlətmi olar?!. – A-lın-mır! Bütün dünya erməniliyi, bütün türk düşmənləri, bütün Azərbaycanafoblar, daha kimlər, kimlər onillər boyu çalışdı-çabaladı, verdi-aldı, gətirdi-apardı – Ermənistan dövlət kimi təşəkkül etmədi ki etmədi. Dövlətqurma fitnəqurma, terror törətmə, separatçılıq etmək, haranısa partlatmaq, qocaya-qarıya, uşağa-qadına qarşı kəmfürsətlik etmək deyildir! Dövlət xarakter, ədəb-ərkan, əsalət, gələnək, təcrübə və ədalət istər – bunların heç olmazsa, bircəciyi ermənidə varmı ki, qalanlarını da çevrəsinə toplamağa cəhd edəsən? Biz şübhə etmirik ki, Ermənistan adlanan dövlət müvəqqətidir – yəni orası hələlik Ermənistan adlanır. Çox keçməz tarixi ədalət, haqq öz yerini alar və Azərbaycan hər tərəfdən öz torpaqları ilə həmsərhəd olmaqdan qurtular...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Нет комментариев

Новости автора