Свобода людям, независимость нациям!

Bu gün Tehranda Türkiyə və Azərbaycan bayraqları yandırıla bilər – İran bu pisliyi də bizə etsə...

Bu gün başda “Qafqaz qaraçıları” olmaqla, yer üzünə səpələnmiş “hay” adlı əcaib məxluqatın növbəti ağlaşma günüdür. 24 aprellə bağlı artıq dünəndən ermənilərin terrorçu-katolikoslarından tutmuş, xəyalları “göylərdə süzən” siyasətçilərinə və ictimai xadimlərinə, “miatsum” mərəzindən əziyyət çəkən sıravisinə qədər hər kəs Türkiyə və Azərbaycan əleyhinə növbəti isterika qaldırıb, iki qardaş ölkənin bayraqlarını yandırıblar. Gör hələ bu gün hansı həyasızlıqlardan və hoqqalardan çıxacaqlar...

Ermənilər yenə tökdükləri “timsah göz yaşları”na dünyanı inandırmağa çalışırlar. Çünki onlar hələ də axmaqcasına zənn edirlər ki (nəinki zənn edirlər, bu haqda kitablar da yazıblar), dünya sivilizasiyasına “böyük töhfələr” vermiş, hətta “bəşəriyyəti xilas eləmiş” bu “qədim xalqa” hamı borcludur. Odur ki, başdan xəstə millətin bütün istək və arzuları sözsüz yerinə yetirilməlidir.

Azərbaycan torpaqlarının işğalının, bu torpaqlarda on illərlə həyata keçirilən barbarlığın, əsrlərdir Türk soyuna qarşı törədilən ağlasığmaz vəhşiliklərin, soyqırımları və etnik təmizləmələrin, ümumən Türk qanına susamağın ideoloji əsası da elə bundan ibarətdir: “biz ermənilər ali irqik, əzabkeş xalqıq, bizə hər şey olar, o cümlədən qonşu xalqların torpaqlarını zəbt edib, qanını tökmək!”

Erməni mediasında, erməni siyasi və sosial seqmentlərində 24 aprellə bağlı absurd mülahizələri, heyrətamiz iddia və saxtakarlıqları, mifik “faktları” görəndə məhz belə bir qənaət formalaşır...

Təbii ki, “ilana zəhər verən kərtənkələlər”, “aliqatorlar” olmasa, murdar hay soyundan olan şərəfsizlər bu qədər qudurmaz. Ayaqları yer almaz, qonşuların üzərinə getməyə cürətlənməzlər. Onlardan biri də cənub qonşumuz İrandır. Bölgədə Ermənistana Fransadan da saqiq, əsas xilaskar və havadar dövlət! Məscidləri murdarlamaqdan həzz alan bir faşist toplumun can dostu!

Bu gün orada – Tehranda da yalançı ağlaşma günü qeyd olunacaq. İran adlı dövlətin paytaxtında qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı yürüş (!) planlaşdırılır. Bu haqda “Güney Azərbaycan” Teleqram kanalı məlumat paylaşıb. Bildirilir ki, yürüşdə İrandakı Erməni Apostol Kilsəsinin baş yepiskopu Sepuh Sərkisyanla yanaşı, Ermənistanın İrandakı səfiri və dövlət rəsmiləri də iştirak edəcək. Yürüş iştirakçılarının Türkiyənin Tehrandakı səfirliyi önündə də aksiya keçirəcəyi deyilir.

Diqqət edin. Bu yalnızca ictimai təşəbbüs deyil, fars-molla rejiminin rəsmi mövqeyidir. Yoxsa dövlət rəsmilərinin yürüşdə nə işi? Ümumiyyətlə, hakimiyyətin izni olmadan totalitar bir sistemdə belə bir şey mümkünmü? Əsla.

Yəni rəsmi Tehran “burcutmaq” üçün əl yeri belə qoymaq istəməyib. Bu isə hər şeydən öncə növbəti dəfə islami dəyərlərə, ümmət həmrəyliyinə tüpürməkdir. Çünki müqəddəs dinimiz yalan-palana üsyan eləməyi, dirəniş göstərməyi, haqqı, gerçəyi söyləməyi tələb edir, nəinki ağ yalan və iftiralara şərik olmağı. Bəs bütöv bir müsəlman xalqın – türklərin haqqına girməyin günahı harda qaldı?

Panfarsist rejimin yürüşə razılığı eyni zamanda Türkiyəyə, Azərbaycana qarşı açıq-aşkar həqarət, hətta meydan oxumaqdır. Bundansa birdəfəlik uydurma “genosid”i rəsmən tanısın, işimizi bilək.

İşı bax, İran rejimi yüzlərlə günahsız müsəlmanın qətl edildiyi Xocalı soyqırımının adicə anım gününü hətta Təbrizə belə qeyd eləməyə heç vaxt icazə verməyib, amma görün hansı şövqlə uydurma genosidlə bağlı tədbirə şərait yaradır. Nəinki şərait yaradır, üstəlik, dövləti təmsil edən adamlar tədbirə qatılır.

İstisna deyil ki, İrəvanda olduğu kimi, Tehranda da azğınlaşmış kütlə iki qardaş ölkənin bayraqlarını yandırmağa çalışsın. Hansı bayraqlarda ki, dinimizin iki əsas rəmzi əks olunub - Ay və islamın yaşıl rəngi...

Нет комментариев

Новости автора