Свобода людям, независимость нациям!

Baqrat getdi ki, təzədən “qayıtsın”-Alınacaqmı?..

 

Görəsən, xanım Mariya Zaxarovanı Ermənistanda kilsəni vergiyə cəlb etmək haqqındakı çağırışlar niyə belə narahat etdi? Bəs Paşinyan necə? O, “Kilsəni Ermənistana qaytarmaq lazımdır” deyəndə nəyi nəzərdə tuturdu? Əslində bu iki bəyanat biri-birini tamamlamırmı? Elə məsələ də bundadır ki, tamamlayır.

Ona görə ki, rusların erməni kilsəsini müdafiə etməsi təkcə onun Paşinyana qarşı çıxması ilə bağlı deyil, həm də onunla əlaqəlidir ki, dünyadakı provaslav kilsələri Rusiyanın nəzarəti altındadır. Düzdür, erməni kilsəsinin hansı qanada – katoliklərə və yaxud da provaslavlara yaxın olması dəqiq məlum deyil, bunlar arabir özlərini hətta müstəqil kilsə də hesab edirlər. Amma hal-hazırda bu kilsə Rusiya provaslav kilsəsinin təsir dairəsindədir. Odur ki, onunla yerli hakimiyyət arasında ziddiyyət yaranması təəccüblü deyil.

Qeyd edək ki, Ukraynada da belə bir problem yaranmışdı. Elə bu səbəbdən də baş nazir N.Paşinyan deyəndə ki, erməni kilsəsi xarici dairələrin Ermənistandakı “təsir agentidir”, bununla qətiyyən yanlışlığa yol vermir. Ən azı ona görə ki, erməni kilsəsi yüz illər ərzində böyük geosiyasi oyunların, erməni millətçilərinin müxtəlif siyasi avantüralarının mərkəzində olub.

Paşinyan deyir ki, kilsə - din milləti olmaqdan dövlət milləti olmağa keçməyin vaxtı çatıb. O, haqlıdır. Birincisi, müasir politologiyada millət olmağın üç mərhələsi gösətirilir və bunlardan sonuncusu – üçüncüsü də məhz “dövlət millətidir”. İkincisi, kilsə əbədi olaraq bütün erməni institutlarının, hətta dövlətinin fövqündə dayana bilməz, o, özünə uyğun yer və status tutmalıdır. Hazırda, pis-yaxşı, erməni dövləti var və o, ermənilərin ən ali və yüksək institutu olmalıdır. Kilsə isə bütün dünyada olduğu kimi, millətin mənəvi sferasına iddia etməlidir...

Bir sözlə, erməni baş naziri Nikol Paşinyan da, elə bütün erməni cəmiyyəti də mühüm mərhələ ərəfəsindədir: onlar erməni kilsəsinə uyğun olduğu yeri nəhayət ki, göstərməlidirlər. Bir neçə həftədir ki, keşiş Baqrat Qalstanyan Ermənistan hakimiyyətinə qarşı etirazlara başçılıq edir və bunun xeyir- duasını kilsədən alıb. Bu proses bir daha göstərdi ki, erməni kilsəsi xirtdəyəcən siyasi intriqaların içindədir – Qalstanyan təkcə kəskin siyasi tələblər və şüarlar səsləndirmir, təkcə hakimiyyət qarşı olan bütün müxalifətlə məsləhətləşmələr aparmır, həm də konkret siyasi iddialar qoyur ortalığa, hətta baş nazir olmağa hazırlaşır. Dünya təcrübəsində, daha doğrusu, xristian aləmində biz belə bir hal bilmirik ki, din adamı gəlib ən böyük dünyəvi dövlət postunu tutmuş olsun, belə bir hal bizim yadımıza gəlmir. Amma əksər siyasi təhlilçilər belə hesab edir ki, keşiş Baqrat sadəcə, sayıqlayır, belə ki, o, baş nazir postunu yalnız və yalnız yuxusunda görə bilər...

Amma az da olsa, nəticələrlə tələsməməyə və ayın 26-ı gözləməyə çağıranlar da var. Bu tarixdə Baqrat “böyük və möhtəşəm mitinq” keçirməyi planlaşdırır. Amma alınacaqmı? Düşünmürük, çünki Baqratın sərəncamında artıq şənbə və bazar günləri olub və hamı düşünürrdü ki, bu günlərdə ən azı ictimai maraq insanları küçə və meydanlara gətirəcək. Di gəl, olmadı. Baqrat “quyruğunu qısıb” kəndinə qaçdı – guya yenidən, özü də bir az da qüvvə toplayaraq İrəvana qayıtmaq üçün. Düzdür, bu günlərdə onun sorağı başqa yerlərdən də gəldi – belə deyildi ki, guya Baqrat keçmiş Dağlıq Qarabağdan olan ermənilərlə də “görüş”lər keçirib.

Bütün hallarda ayın 26-a çox qalmayıb, bir gündən sonra biz hər şeyi, necə deyərlər, yerli-yataqlı biləcəyik. Amma ötən mitinqlərdə Baqrat artıq erməniləri kütləvi itaətsizliyə çağırmışdı. Oldumu? Qətiyyən yox! Ötən mitinqlərdə Baqrat artıq Nikol Paşinyana istefa vermək üçün vaxt da vermişdi. Nəsə oldumu? Yox, olmadı! Güman ki, bu dəfə də heç nə olmayacaq,- Baqrat quyruğunu qısıb öz “yeparxiya”sına qaçacaqdır...

Нет комментариев

Новости автора