Onlayn ictimai-siyasi qəzet
Özünü müxalifət kimi qələmə verən, lakin daim müxalifət sıralarında parçalanmaya səbəb olan şəxslərin hamısı “gizli nikolçulardır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin keçmiş deputatı, revanşist siyasətçi Naira Zöhrabyan deyib.
“Müəyyən siyasi xadimlər var ki, onlar növbəti dəfə müxalifət sıralarında qeyri-sağlam və vicdansız parçalanma yaratmağa başlayıblar, “kim kimi, nəyə gətirib” diskursunu yenidən dövriyyəyə daxil ediblər. Bu, birinci dəfə deyil ki, baş verir”, - deyə, erməni siyasətçi bildirib.
Zöhrabyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan bacardığı hər şeyi uğursuzluğa düçar edib, heç bir gündəm olmadan irəliləyir və öz şouları sayəsində ayaqda qalır və müxalifətin sıralarında daimi parçalanmalar yaradır. Bu kontekstdə Zöhrabyan medianı konsensusa gəlməyə və Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın səhnələşdirilmiş şoularını işıqlandırmamağa çağırıb.
“Media və müxalifət siyasətçiləri Nikol və onun həyat yoldaşının şousuna tamamilə məhəl qoymamalıdırlar”,-deyə o vurğulayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ