İnsanlara hürriyət, millətlərə istiqlal!

Zobunuzun olub olmadıgını özünüz yoxlayın! Bunun üçün sizə termometr kifayətdir...

Zobunuzun olub olmadıgını özünüz yoxlayın! Bunun üçün sizə hər evdə olan termometr kifayətdir... Qaydası çox sadədir.

SaqlamHeyat.az ev şəraitində, yatağınızdan belə qalxmadan, istifadə edə biləcəyiniz test təqdim edirı. Siz asanlıqla və tez bir zamanda adi termometrin köməyi ilə bunu öyrənə biləcəksiniz.

Testdən keçmək üçün nə etmək lazımdır?

Yatmazdan əvvəl termometri hazırlayın. Ayılandan dərhal sonra termometri qoyun və 10 dəqiqə ərzində saxlayın. Sonra nəticəyə baxın və onu yazın. Bu nəticə "səhər bazal temperaturu" kimi tanınır. Normal bazal temperaturu 36,5 ° və 36,8 ° C aralığında olmalıdır.

Nəticə:

Əgər sizin bazal temperaturunuz 36,5 C ° və 36,8 ° C arasında yerləşirsə, onda sizin qalxanabənzər vəz normal işləyir.

Əgər səhər temperaturu 36,5 C° aşağıdırsa, onda bu qalxanabənzər vəzinin (hipotireoz) funksiyası pis işləyir. Belə olan halda, digər simptomlara diqqət yetirmək lazımdır.

Məsələn: Enerji çatışmazlığı, xroniki yorğunluq, depressiya, xroniki baş ağrıları, tez-tez soyuqdəymə, saç tökülmə əhvalın pisləşməsi, konsentrasiya və diqqət.

Əgər bazal temperaturunız 36,8 ° C-dən yüksəkdirsə, bu o deməkdir ki, sizin qalxanabənzər vəzdə problemlər yaranıb (hipertireoz) və ya orqanizminizdə hansısa iltihab prosesi gedir.

Maksimum dəqiq nəticə almaq üçün bu testin ardıcıl, üç gün keçirilməsi tövsiyə olunur. Əgər bütün bu müddət ərzində sizin bazal temperatur normal diapazondan yuxarı və ya aşağı olarsa, mütləq həkimlə məsləhətləşin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR