İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzurda erməni hərbçilər qəzaya uğradı

Dekabrın 22-də Qərbi Zəngəzurda avtoqəza baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 14:10 radələrində Ermənistan Respublikası Müdafiə Nazirliyinin balansında olan “UAZ” markalı avtomobil Noravan kəndi ərazisində yolun hərəkət hissəsindən çıxaraq daşa çırpılaraq aşıb. Qəza nəticəsində hər ikisi bədən xəsarətləri alan iki nəfər Qarakilsə xəstəxanasına aparılıb.

Xəstəxanaya çatdırılan sürücü və yaralılar Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyi üçün Müdafiə Nazirliyinin Hərbi Polisinin Qarakilsə İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR