Onlayn ictimai-siyasi qəzet
Zəngan voleybol komandasının bugünkü oyununda duyğulandıran və milli ruhu təcəssüm etdirən görüntülər yaddaşlara həkk olub.
Musavat.com xəbər verir ki, oyun zamanı azarkeşlər tərəfindən yüksək səslə Azərbaycanla bağlı milli şüarlar səsləndirilib.
Bu şüarlar meydanı coşduraraq milli birlik ruhunun canlı nümayişinə çevrilib. Azarkeşlər “Yaşasın Azərbaycan!” və “Qızıl Azərbaycan” ifadələri ilə gündəm olublar.
“Urmu, Təbriz, Ərdəbil, bu səs Zəngandan gəlir; Azərbaycan var olsun, istəməyən kor olsun!”,-deyə azarkeşlər şüarlar səsləndiriblər.
Həmin görüntüləri təqdim edirik.
Musavat.com
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ