İnsanlara hürriyət, millətlərə istiqlal!

Zemfira Meftahətdinova Fərid Qayıbovu əvəzləyən idmançıdan danışdı

Xəbər verildiyi kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb və bununla da ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib. Onu bu postda güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib. Ötən dəfə vitse-prezident seçilən digər şəxslər - Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.

Azərbaycan Prezidenti İlham Əliyev isə yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

Zemfira Meftahətdinova yeni seçkilərlə bağlı Musavat.com-a danışıb:

"Fərid Mansurov çox layiqli bir insandır. Mən əminəm ki, o, idman aləminə öz töhfələrini verəcək. Biz onunla bağlı çox ümidliyik".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR