İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Hazır olmalıyıq

Azərbaycan elə bir zonada yerləşir ki, zəlzələnin olmağı labüddür.

Bunu Musavat.com-a AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru  Ənvər Əliyev deyib.

O bildirib ki, narahat olmağa dəyməz:

"Yenidən zəlzələ olacağını proqnozlaşdırmaq çətindir. Zəif təkanlar ola bilər. Dəqiq məlumatı Seysmolji Mərkəz verəcək. Azərbaycanın istənilən ərazisində zəlzələ ola bilər. Biz buna hazır deyilik. Bakıda 4 milyon əhali yaşayır. Güclü zəlzələ olsa, camaatı necə çıxaracağıq? Yollar tutulur, binalar sıx tikilib. Təşvişə düşməklə can qurtarmaq olmaz. Hazır olmaq lazımdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR