Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenski və ailəsi 15,2 milyon qrivna (təxminən 361 min dollar) qazanıb.
Bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat xidməti məlumat yayıb.
"Xüsusilə, daxili dövlət kreditlərinin istiqrazlarının qaytarılması Zelenski ailəsinə 8 milyon 585 min qrivna qazandırıb. Həmçinin ailə Vladimir Zelenskinin prezident maaşı, bank faizləri və daşınmaz əmlakının icarəyə verilməsindən daha 6 milyon 700 min qrivna gəlir əldə edib. Ukrayna prezidentinin ailəsinin gəlirlərinin əvvəlki illə müqayisədə artması icarə ödənişlərinin tam məbləğdə bərpası ilə bağlı olub. 2024-cü ilin sonunda dövlət başçısının ailəsinin balansı ciddi dəyişməyib", - məlumatda qeyd olunub.axar.az
02 Aprel 2025
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ