İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin böyük sirri - müharibə başlayandan bəri yaşadığı otağı göstərib

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə 2022-ci il fevralın 24-dən bəri yaşadığı bunkerdəki otağı göstərib.

Musavat.com xəbər verir ki, görüntüləri Ukraynanın “1+1” telekanalı yayıb.

 

Qeyd olunur ki, otaq prezidentin inzibati binasında yerləşir.

Zelenski videoda “Bir ildir ki, burada yaşayıram” deyib.


Kadrlarda kiçik bir otaq görünür. Otağın pəncərələri var, amma pərdələrlə sıx örtülüblər. Həmçinin Zelenskinin otağında çarpayı, televizor, iş masası, tualet və bir neçə eyni xaki sviterin asıldığı şkaf var.

Bundan əvvəl “Vatfor” layihəsi məlumat vermişdi ki, Ukrayna prezidentinin bunkeri onun kabinetinin altında 93 metr dərinlikdə yerləşə bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR