Onlayn ictimai-siyasi qəzet
Heç bir tərəf – nə Rusiya, nə də Ukrayna – hərbi yolla qələbə qazana bilməz. Rusiya bunu hədəfləsə də, məqsədinə çata bilmədi.
Musavat.com xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Zelenski vurğulayıb ki, Ukrayna, gözləntilərin əksinə olaraq, müstəqilliyini qorumağı bacarıb: "İndi isə danışıqlar masasına oturmaq vaxtıdır. Ancaq bu proses ədalətli olmalıdır".
Onun sözlərinə görə, Rusiya sülhə nail olmaq istəyirsə, əsir mübadiləsinə razılıq verməlidir: "Təhlükəsizlik zəmanətləri gələcəkdə müharibənin yenidən baş verməməsi üçün vacibdir. Biz Rusiya ordusundan çəkinmirik, lakin yeni insan tələfatının qarşısını almaq üçün təhlükəsizlik təmin edilməlidir. ABŞ bizə lazım olan səviyyədə dəstək vermir. Eyni zamanda, bəzi Qərb dövlətləri Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmir. Buna görə də Ukrayna ordusunun güclənməsi həyati əhəmiyyət daşıyır. Biz ərazi bütövlüyümüzün pozulması ilə heç vaxt barışmayacağıq".
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ