İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Sülh naminə Rusiyaya təzyiq davam etməlidir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti gecə hücumundan sonra ona qarşı təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya Ukrayna ərazisinə təxminən 40 "Shahed" tipli PUA göndərib, onlardan bəziləri mülki infrastruktura, o cümlədən Sumı şəhərindəki xəstəxanaya və Donetsk vilayətindəki obyektlərə zərbə endirib.

Zelenski bildirib ki, bu cür hücumlar Ukraynanın enerji sistemini və vətəndaşların normal həyatını dağıdır. O, həmçinin Vladimir Putinin atəşkəs təklifini rədd etdiyini və buna dünyanın sərt cavab verməli olduğunu qeyd edib.

"Rusiyaya qarşı sanksiyalar, Ukraynaya dəstək, azad dünya müttəfiqlərinin gücləndirilməsi və təhlükəsizlik zəmanətləri üzərində iş davam etməlidir. Yalnız Rusiyanın mülki infrastruktura hücumlarını dayandırması bu müharibənin sona yaxınlaşmasını göstərə bilər", – deyə Zelenski vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR