Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanəti olmasa, ABŞ-la faydalı qazıntıların çıxarılmasına dair ikinci saziş imzalamayacaq.
Musavat.com xəbər verir ki, bu barədə “The Economist” jurnalı Ukrayna rəsmilərinə istinadən yazır.
“Danışıqlarla tanış olan hökumət mənbəsi deyir ki, Zelenskinin dəqiq təhlükəsizlik zəmanəti olmadan yekun saziş imzalamaq niyyəti yoxdur”, - məqalədə deyilir.
Nəşr onu da xatırladır ki, sonrakı razılaşma Ukraynanın mineral ehtiyatlarından gəlir əldə edəcək Ukrayna və ABŞ-ın yaratdığı fonda nəzarət məsələlərinə aydınlıq gətirməlidir.
Söhbət Yerin təki haqqında layihədə qeyd olunan və hələ hazırlanmamış Fond haqqında Sazişdən gedir.
Bundan əlavə, ikinci saziş birincidən fərqli olaraq Radada ratifikasiya tələb edəcək.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ