İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilə Trampın görüş saatı məlum oldu

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək görüşün vaxtı açıqlanıb.

Musavat.com xəbər verir ki, bu, Trampın Ağ Ev tərəfindən açıqlanan gündəlik iş qrafikində  əksini tapıb.

Qrafikdən aydın olur ki, Trampla Zelenskinin görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. ABŞ prezidenti ilə Avropa liderləri arasında çoxtərəfli görüşün başlaması Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.

Qeyd edək ki, Tramp və Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni də gedəcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR