İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski həlak olan azərbaycanlını mükafatlandırdı - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski döyüşlərdə həlak olan Silahlı Qüvvələrin daha bir azərbaycanlı hərbçisini mükafatlandırıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Silahlı Qüvvələrin azərbaycanlı əsgəri Elvin İlqar oğlu Novruzovu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edib.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub, boya-başa çatıb. Ukraynada gedən genişmiqyaslı müharibənin ilk günlərindən döyüşə qatılan həmyerlimiz bu ilin əvvəlində Baxmut ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycanəsilli hərbçisini mükafatlandırıb. Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR