Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski, mediaya vacib açıqlamalar verib.
Musavat.com xəbər verir ki, O, müxbirin “Mübarizəni davam etdirmək istəyirsinizmi? Sülh istəyirsiniz? Hazırda Ağ Evə qayıtmaq şansınız olsaydı, bunu edərdinizmi?” suallarına cavab verərkən, "Biz sülh istəyirik. Ona görə də mən ABŞ-dayam. Buna görə də prezident Donald Trampla görüşdüm. Dəvət üçün bir daha təşəkkür edirəm!" deyib.
Zelenski, Ukraynanın gələcəyi və təhlükəsizliyi üçün vacib olan minerallar sazişindən də danışıb. Onun sözlərinə görə, bu saziş təhlükəsizlik təminatlarına doğru atılan ilk addımdır və Ukraynanı sülhə yaxınlaşdırır.
“Bu, sülh üçündür, bizi sülhə yaxınlaşdırır. Ona görə də buradayam və varam”, – deyə o, əlavə edib.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ