Onlayn ictimai-siyasi qəzet
Zaxarova ABŞ səfirliyini İrəvanda antirusiya təxribatı təşkil etməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, ABŞ-ın İrəvandakı səfirliyində təxminən 2 min nəfər çalışır:
“Bəlkə də USAID xətti ilə ayrılmış pullar hələ tam bitməyib, ona görə də belə layihələrə xərclənir”, — deyə o bildirib.
Onun sözlərinə görə, bu cür aksiyalar dünyanın müxtəlif ölkələrində maliyyələşdirilir və təşviq olunur. Zaxarova əlavə edib ki, ABŞ Moskva ilə İrəvan arasında münasibətləri pozmaq əvəzinə, Rusiya-Amerika əlaqələrinin möhkəmləndirilməsinə diqqət yetirməlidir.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ