İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zarafatca dedim ki, "Şəmkir"ə qarşı səhvimi düzəltdim" -Vüqar Nadirov

İkinci Liqanın son turunda "Şəmkir" səfərdə "Hypers Quba"nı 2:1 hesabı ilə üstələdi. Qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirov üçün mövsümün gedişində ayrıldığı Quba təmsilçisi üzərində qələbə ikiqat əhəmiyyətli idi. Maraqlıdır ki, sözügedən mütəxəssis çempionatın ilk dövrəsində "Hypers"in "sükanı arxası"nda "Şəmkir"i yenmişdi. Azərbaycan millisinin sabiq hücumçusu ilə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik.

Onun Fanat.Az-a müsahibəsi belə alındı:

- Sabiq komandanız "Hypers Quba"nı məğlub etdiniz. Oyun sizin üçün  dərəcədə prinsipial idi?

- Oyun bizim üçün əhəmiyyətli idi. Rəqibə hörmətlə yanaşırdıq. Uşaqları da bu oyuna kökləmişdim. Mən bu səfər matçına "Şəmkir"in baş məşqiçisi olaraq yaxşı nəticə üçün getmişdim. Məqsəd yalnız qələbə idi. Şükür ki, məqsədimizə nail olduq. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Uzun yol qət edib bizə dəstəklərini nümayiş etdirdilər. Qələbədə pay sahibi oldular. 

- Komandaya necə motivasiya vermişdiniz?

- Komanda şəklində öz yerində, futbolçularla ayrı-ayrılıqda da bu oyun barədə söhbət etmişdim. Bir ay çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Yenidən yığılmış komandadır... Əlbəttə, çatışmazlıqlar da var... Uşaqlara çox inanırdım. Hər oyunun öz ruhu var. Bu matçda onlara müəyyən sərbəstlik verdim. Səhv etməkdən qorxmamalı olduqlarını dedim.

- Birinci dövrədə "Şəmkir"i "Hypers Quba" ilə səfərdə yenmişdiniz. Həmin matçda "Hypers Quba" 9 nəfərlə qələbə qazanmışdıKlubdakılar yəqin ki, bu məqamı sizə xatırladıblar. Sirr deyilsə, bu barədə  danışmışdınız?

- Bəli, həmin oyunda iki qırmızı vərəqə almışdıq. Həqiqətən yaddaqalan qarşılaşma idi. Azlıqda qalsaq da, uşaqlara müdafidə oturmamağı, irəli getməyi, fərdi keyfiyyətlərindən istifadə etmələrini tapşırdım. "Hypers"də baş məşqçisi kimi Şəmkirdə belə bir qələbəyə sevinmişdim. Sonra iş elə gətirdi ki, "Şəmkir"ə keçdim. "Hypers Quba"dan 3 xal alandan sonra zarafatla dedim ki, "Şəmkir" qarşı səhvimi düzəltdim. 

- Meydanın ot örtüyü dəyişdirilir. Bu kimin ideyası idi? Komanda yeni ot örtüyü hazır olana qədər harada oynayacaq?

- Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək. Sağ olsunlar, rəhbərlik də hörmətlə yanaşdı. Çünki elə meydanda futbolçuların zədələnmə riski artır. Hələlik Gəncədəki süni örtüklü etiyat meydanda oynayacağıq.

- "Şəmkir"in bu mövsüm üçün hədəfi nədir? Rəhbərliklə bu yöndə müzakirələr olubmu?

- Hədəfimiz 1-ci Liqadır. Şansımız var və bunun məsuliyyətini hiss edirik. Rəhbərliklə demək olar ay ərzində 2-3 dəfə görüşümüz olur. Hədəflərimiz barədə geniş fikir mübadiləsi aparır, söhbət edirik. Sonadək mübarizə aparmağa köklənmişik. Şansımızdan faydalanmağa çalışacağıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR