Onlayn ictimai-siyasi qəzet
Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.
2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.
Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. (Report)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ