İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucun qızı yüksək reytinqli universitetdən məzun oldu - VİDEO

Milli Məclisin deputatı Zahid Orucun qızı Eltac Orucova University College Londonun “Dayanıqlı resurslar: iqtisadiyyatı, siyasəti və keçid periodları” fakültəsinin magistratura pilləsini 2022-ci ildə uğurla bitirib.

Musavat.com xəbər verir ki, deputatın qızı hazırda eyni ixtisas üzrə, ölkəmizin gələcəyində aparıcı yer tutan alternativ enerji sektorunda çalışır.

Qeyd edək ki, University College London Avropa reytinq cədvəlində 3-cü yeri bölüşür.

Onu da bildirək ki, Azərbaycan dövləti son illər bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinə xüsusi önəm verir, neft-qaz sektorundan asılılığın aradan qaldırılmasına çalışır. Qarşıda ölkəmizi COP29-kimi qlobal tədbir - hadisə gözləyir. Keçmiş sovet məkanında birinci ölkə olmaq, belə dünyəvi tədbirə ev sahibliyi etmək xalqımızla bərabər, on minlərlə gəncin gələcəyinə yeni perspektivlər açır, beynəlxalq misyaslı şirkət və qurumlarla əlaqələr qurmağa, təcrübə mübadilələrinə və yeni iqtisadi uğurlara fürsət qazandırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR