İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana qarşı rəsmi xəbərdarlıq edib. Bu xəbərdarlığın səbəbi isə Egey dənizində Yunanıstanın Avropa İttifaqının normativlərinə əsaslanaraq elan etdiyi “Dəniz Məkan Planlaması” (DMP) ilə bağlıdır. Türkiyə bildirib ki, bu planlamada göstərilən bəzi bölgələr Egey və Şərqi Aralıq dənizində Türkiyənin dəniz yurisdiksiya (səlahiyyət) sahələrini pozur.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, nazirliyin açıqlamasında aşağıdakı məqamlara xüsusi diqqət çəkilib:

  • Yunanıstanın birtərəfli hərəkətləri və iddiaları Türkiyə baxımından heç bir hüquqi nəticə doğurmur və bu, bir daha açıq şəkildə vurğulanır.

  • Həmin addımlar və fakt qarşısında qoyma cəhdləri keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də Türkiyə üçün heç bir hüquqi qüvvəyə malik olmayacaq.

  • Türkiyənin hazırladığı öz Dəniz Məkan Planlaması sənədləri isə UNESCO və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumlarına təqdim olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR