İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan sahillərində onlarla miqrantın olduğu qayıq batıb

Yunanıstanın Evbeya adası yaxınlığında qanunsuz miqrantları daşıyan qayıq batıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Yunanıstanın sahil mühafizə xidməti bildirib.

Qeyd olunur ki, qayıqda 68 nəfər olub. Son məlumatlara əsasən, hələlik 9 nəfəri xilas etmək mümkün olub.

Dənizdə güclü külək axtarış işlərinə mane olur. Bəzi yerlərdə küləyin gücü 9 baladək çatır.

Qayıqda əsasən Əfqanıstan, İran və Misirdən miqrantlar olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR