İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan sahillərində miqrantları daşıyan qayıq batıb

Yunanıstan sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 3 qız ölüb, 19 nəfər xilas edilib.

Musavat.com "Euronews"a istinadən xəbər verir ki, Egey dənizindəki Saqqız adasının qayalıq sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 5, 7 və 10 yaşlı üç qızın cəsədi Yunanıstan sahil mühafizəsi tərəfindən aşkar edilib. Ölən uşaqların anası da daxil olmaqla daha 19 nəfər xilas edilib. Türkiyədən yola düşən qayıqda ümumilikdə 27 nəfərin olduğu bildirilir. Onların demək olar ki, hamısı əfqan idi. Digər sağ qalanların axtarışları davam edir.

Bildirilir ki, şimal-şərq Ege adaları Avropa Birliyinə daxil olmaq istəyən miqrantlar üçün əsas qapılardan biridir.

Qaçqınlar üzrə Ali Komissiyanın məlumatına görə, 2024-cü ilin əvvəlindən Yunanıstan adalarına 11 min 300-dən çox miqrant gəlişi qeydə alınıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR