İnsanlara hürriyət, millətlərə istiqlal!

Yumurta insanı qorxulu xəstəliklərdən QORUYUR

Britaniya alimləri yumurtanın faydaları ilə bağlı daha bir mühüm kəşf ediblər. Bu məhsuldan müntəzəm istifadə yaşlı insanlarda Altsheymer xəstəliyi riskini 50% azalda bilər.

Bu barədə “Trend Wave” “Telegram” kanalı xəbər yayıb.

Bildirilib ki, elm adamları 80 yaşdan yuxarı minlərlə könüllünün iştirak etdiyi genişmiqyaslı tədqiqatdan sonra belə nəticəyə gəliblər. Məlum olub ki, həftədə cəmi bir neçə yumurta beyin sağlamlığı üçün möcüzələr yarada bilər.

Sirr yumurtanın unikal tərkibindədir. Bu sadə məhsul faydalı maddələrin bütöv kompleksini ehtiva edir: əvəzolunmaz aminturşular, omega-3 yağ turşuları, xolin və lütein. Bütün bu komponentlər aydın düşüncəni qoruyur, yaddaşı yaxşılaşdırır və yaşla əlaqəli koqnitiv funksiyaların pisləşməsini yavaşladır.

Altsheymer xəstəliyi – bütün dünyada milyonlarla yaşlı insanın əziyyət çəkdiyi demensiyanın ən geniş yayılmış formalarından biridir. Xəstəlik yavaş-yavaş inkişaf edir və tədricən insanı yaddaşdan, düşünmə və özünəxidmət qabiliyyətindən məhrum edir. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR