Onlayn ictimai-siyasi qəzet
Yeni Zelandiya parlamentinin iranəsilli üzvünün oğurluq videosu yayılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl Yeni Zelandiyanın Nümayəndələr Palatasının Yaşıllar Partiyasından olan iranlı üzvü, insan haqları üzrə vəkil Qolriz Qəhrəman Oklend şəhərində geyim mağazasından oğurluq etməkdə ittiham olunmuşdu.
Paylaşılan videoda onun “Scotties Boutique” mağazasından geyim oğurlaması təsdiqini tapıb. O, bunu psixoloji problemləri üzündən etdiyini açıqlayıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ