Onlayn ictimai-siyasi qəzet
2025-ci il yanvarın 20-dən 22-dək sorğuda iştirak edən respondentlərin 11,3%-i seçkilərin gələn bazar günü keçiriləcəyi təqdirdə Ermənistanın hakim Vətəndaş sazişi partiyasına səs verəcəklərini bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli MPG şirkətinin direktoru, sosioloq Aram Navasardyan yanvarın 29-da jurnalistlərlə görüşündə bildirib.
Erməni sosioloqun sözlərinə görə, bu, Vətəndaş sazişi tərəfi üçün son dövrlərdəki ən aşağı rəqəmlərdir. O əlavə edib ki, respondentlərin 6,8 %-i “Demokratiya, hüquq və nizam-intizam” partiyasına, 6,5 %-i “Ermənistan” blokuna, 2,4 %-i “Çiçəklənən Ermənistan” partiyasına, 2,3 %-i “Mənim şərəfim” blokuna, 1,8%-i Respublika partiyası, 0,9%-i isə "İşıqlı Ermənistan" partiyasına səs verəcək.
“Respondentlərin 13,3%-i hamının əleyhinə səs verəcəyini, 27,2%-i seçkilərdə iştirakdan imtina edəcəyini, 10 15,4%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib”, - deyə Navasardyan qeyd edib.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ