İnsanlara hürriyət, millətlərə istiqlal!

YENİ QƏRAR: Bu şəxslərin qazı kəsiləcək – VİDEO

Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu aydan etibarən fərdi yaşayış evlərində və mənzillərdə texniki müayinələrin aparılmasına başlanıb.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, ilkin mərhələdə düzgün qaydalara əməl edilməsi üçün vətəndaşlara xəbərdarlıq olunacaq. Əgər problem həll olunmasa, bu zaman həmin abonentlərin 30 gün ərzində qazları kəsiləcək.

“Azəriqaz” İB-nin şöbə rəisi İlkin Behbudov hamam otaqlarında qaz detektorlarından istifadə etməyin lazım olduğunu da bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri həmçinin suqızdırıcıların yalnız mətbəxlərdə xüsusi tələblər olduğu halda quraşdırlmasına icazə veriləcəyini qeyd ediblər.

Qeyd edək ki, suqızdırıcıların bir mətbəxdə quraşdırılması üçün 21 kub metr həcm tələb olunur. Əgər həcm buna uyğun gəlməsə, vətəndaşların elektrikli su qızdırıcılarından istifadə etməsi məsləhət görülür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR