İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni dinozavr növü aşkarlandı

Şimali Karolina Dövlət Universitetinin amerikalı paleontoloqları Şimali Amerikada təxminən 99 milyon il əvvəl yaşamış yeni dinozavr növünü aşkarlayıblar.

Sürünənlərin bu növü dərin çuxurlar qazaraq yeraltı həyat tərzi keçirib.

Tədqiqat "The Anatomical Record" elmi jurnalında dərc olunub.

Aşkarlanmış növə "Fona herzoage" və ya sadəcə fona adı verilib.

Qalıqların təhlili göstərib ki, bu heyvan təxminən çoban iti boyda, nisbətən kiçik, ot yeyən kərtənkələ olub.

Fona dinozavrları indiki Yuta ştatında yaşayıb. 99 milyon il əvvəl burada böyük bir su ekosistemi olub.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR