İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar - FOTOLAR

Azərbaycanda hər gün dələduzluğun yeni növləri ortaya çıxır. Rəsmi qurumların xəbərdarlığına baxmayaraq, bu qədər aldadılan şəxslərin başına gələnlərdən nəticə çıxarmayaraq yenə də aldananlar var.

Musavat.com xəbər verir ki, aldadılanlar sırasında ən çox asan yolla kredit və qazanc əldə etmək istəyənlər gəlir.

Son zamanlarda ortaya çıxan dələduzluq növlərindən biri də bank olmayan kredit təşkilatlarının adından gələn mesajlardır.

Vətəndaşlardan biri də belə aldadılıb. Belə ki, özünü NOVA adlı bank olmayan kredit təşkilatının əməkdaşı kimi təqdim edən və Məmmədov Həsən Rafiq oğlu olduğunu deyən şəxs vətəndaşı aldadıb.

Bu şəxsiyyət vəsiqəsinin sahibinin həqiqətən də dələduzluq əməli törədən şəxs olub-olmadığını dəqiqliklə demək olmaz. Amma dəqiq olan budur ki, vətəndaşı aldadaraq ondan müəyyən məbləğdə pul alıb.

Vətəndaşa kredit şərtlərini izah edən həmin şəxs sığorta haqqı və rəsmiləşdirmə haqqı olaraq 65 və 80 manat rüsumu başdan ödəməli olduğunu deyir. Bu məbləğləri ələ keçirdikdən sonra nömrəni bloklayaraq yoxa çıxır.

Əslində bu mesajlara və vədlərə inanmamağın çox asan yolları var.

Bəzi diqqət edilməsi lazım olan məqamları təkrarlayaq:

- Şəxsi nömrələrdən gələn kredit təklifləri real deyil.

- Sizə təqdim etdiyi mesajlara diqqət edin. Yazılan mesajların, göndərilən sənədlərin saxta və qeyri-peşəkar şəkildə hazırlandığını görmək çox asandır.

- Ən əsası da Mərkəzi Bankın sədrinin adından hazırlanmış rəsmi sənədlərdə belə bu qədər orfoqrafik səhvlərin olması diqqətinizi çəkməlidir.

- Sizdən israrla rüsum tələb edilməsi dələduzluq cəhdidir.

- Hansısa bir nəfərin şəxsi kart hesabını sizə göndərərək ödənişi (sığorta və ya rəsmiləşdirmə adı ilə) həmin karta etməyinizi tələb etməsi ən şübhəli məqamlardan biridir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR