İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndə husilərə məxsus obyektlərə zərbələr endirilib

ABŞ və Böyük Britaniya "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin Həccə vilayətinə hücum ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, koalisiya qüvvələri Qırmızı dəniz sahilində yerləşən Midi rayonunun Buheys yaşayış məntəqəsinə havadan zərbə endirib.

"Al Arabiya" telekanalının mənbələrinin məlumatına görə, husilərə məxsus hərbi obyektlər hücuma məruz qalıb. Hücumun nəticələri barədə məlumat verilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR