İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə pisliyim dəyməyib”

“Əlimdən pislik gəlmir. Yeganə məxluqam ki, özümdən başqa heç kimə pisliyim dəyməyib”.

Bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi ürəyindəki ən böyük arzusundan və ailə üzvlərindən söz açıb:

“İstəmərəm bu dünyadan naümid köçmək, çünki ürəyimdə bir arzum var. O arzum yerinə yetməsə diri ikən ölü olaram. Allah məni ailəm və yaxınlarımla sınağa çəkməsin. Buna dözə bilmərəm. Biri var adam ölər, canı qutarar, biri də var ki, adamın başına hava gələr. Mən onlarsız qala bilmərəm. Allah onları mənə çox görməsin. Mən gəlinimizi özümdən ayırmıram. Onu dəhşətli dərəcə çox istəyirəm. Xoşbəxtdəm ki, o insan gəlib düşüb bizim ocağa. Bacılarımı çox sevirəm və onları çox qısqanıram. Allah məni kişi yaratsaydı çox istədiyimdən onlara qan uddurardım. Bacılarımdan biri “Həci xanımdır”. Gözümün nuru bir qardaşım var. O mənim gedən-gələn nəfəsimdir. Hələ mən onların heç birinin gülünü belə görməmişəm. Heç onlardan bunu tələb də etməmişəm. Yeganə varlığam ki, nə o şeyləri gözləmişəm nə də ki görmüşəm”.

Əsədova həyatının ən ağır itkisini bu sözlərlə ifadə edib:

“Mənim üçün ən böyük itki – bacım və valideynim olub. Birində sağlamlığımı itirdim, birində də gözlərimi. O qədər ağladım ki, gözlərim görmə qabiliyyətini itirdi və əməliyyat olundum. Allaha deyirəm ki, canımı al amma ailə üzvlərimin pis gününü mənə göstərmə. Qohumlarımı həddən artıq istəyirəm. Bir dayım var. Canım onlara qurban olsun”.    (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR