Onlayn ictimai-siyasi qəzet
"Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası bizim kino ocağımızdır. 60-cı ildən fəaliyyət göstərən kinostudiyamızın əsaslı təmiri nəzərdə tutulub. Bu haqda layihə təqdim edəcəyik".
Bu sözləri Kino Sənayesi İnkişafı Fondunun sədr müavini Azər Aydəmir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi zamanı deyib.
Azər Aydəmir bildirib ki, layihənin adı "Cinema Talks"dır, müasir biznes mərkəzidir: "Həmin biznes mərkəzində sırf çəkilişə aid şirkətlər fəaliyyət göstərəcək. Texnoloji bir bina olacaq, amma qədimlik qorunacaq. Binada fəaliyyət göstərən şirkətlərin dövlət tərəfindən imtiyazları olacaq. Bu imtiyazlar yaxın zamanda açıqlanacaq. Biz hamımız bir damın altına toplanıb kino sahəmizi dirçəltmək istəyirik. İstəyirik ki, Azərbaycanfilm Kinostudiyası toxunulmaz olaraq qalsın. Çünki mədəni irs olaraq tarixi abidədir. Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasını yenidən təmir edilərək kino ilə əlaqəsi olan hər kəsin bir araya gəldiyi yer olmasını arzu edirik. Kinostudiya "Kinopark" adı altında biznes mərkəzi olduqdan sonra kino ilə əlaqədar şirkətlər ofislər kirayələyəcək, studiyalar icarəyə götürəcəklər. Orada fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən güzəştlər və imtiyazlar təqdim oluna bilər”.
Könül
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ