İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasağa baxmayaraq, çinlilər “Ayfon-15”-ə hücum ediblər

Çinli istehlakçılar daha əvvəl bəzi şirkətlər və dövlət qurumları tərəfindən bu cür cihazların istifadəsinə dair hökumətin qadağalar elan edilməsinə baxmayaraq, ABŞ-ın “Apple” şirkətindən yeni “Ayfon-15” smartfonunu almağa tələsiblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, yerli onlayn platformalardakı satış məlumatlarına və hadisə şahidlərinin şərhlərindən məlum olub.

Şirkətdən bildiriblər ki, Pekin vaxtı ilə səhər saat 10-a olan məlumata görə, onlayn nəhəng JD-nin “Dada” tətbiqi vasitəsilə “Ayfon-15” satışları (bir saat ərzində çatdırılma üçün sifariş vermək imkanı verir) “Ayfon-14”-ün ilk satış günündən 253 faiz çox olub. İlk 10 dəqiqədə artıq 25 min telefon müştərilərinə göndərilib. Məşhur JD.com və “Alibaba”-dan alqı-satqı saytlarında ən bahalı smartfon modelləri hətta satışlar başlamazdan əvvəl satılıb və çatdırılma üçün gözləmə müddəti təxminən bir ay və ya daha çox olub.

Pekinin mərkəzində yerləşən “Apple Store” mağazasında insanlar yeni məhsulu ilk alanlardan olmaq üçün səhər tezdən növbəyə düzülüblər. Səhər saat 6.30-da gələn və növbədə 10-cu olan bir nəfər müəyyən bir marka almağı vətənpərvərlik hərəkəti hesab etmədiyini söyləyib. “Həm “Huawei”, həm də “Apple” Çinə vergi ödəmir? “Apple” yəqin ki, daha çox pul ödəyir”, - o deyib və əlavə edib edib ki, “Huawei”dən yeni məhsul almaq istəyib, lakin o, onlayn olaraq tamamilə satılıb.

“Apple”ın Çinə tədarüklərinin illik müqayisədə 5-6 faiz artacağı proqnozlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR