İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım milyona yaxın insanda vəba aşkarlandı: ÜST “yüksək risk səviyyəsi” elan etdi

2023-cü ilin əvvəlindən bəri dünyada vəbaya yoluxma hallarının sayı 582 mini keçib, 4,5 mindən çox insan dünyasını dəyişib.

Musavat.com Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aylıq bülleteninə istinadən xəbər verir ki, yanvar ayından bəri vəbaya yoluxma 29 ölkədə qeydə alınıb.

Bülletendə bildirilir ki, 2023-cü ilin arxada qalan dövründə vəbaya yoluxma sayı keçən ilə dair illik rəqəmləri üstələyib: 15 sentyabr tarixinə 582 219 hadisə və 4 543 ölüm qeydə alınıb. Təşkilat xatırladıb ki, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəbaya yoluxma hadisəsi qeydə alınıb: "Çox sayda yoluxma halı və onların coğrafi yayılması, həmçinin vaksinlərin və digər resursların çatışmazlığı nəzərə alınmaqla, ÜST qlobal risk səviyyəsini çox yüksək kimi qiymətləndirməyə davam edir".

Bülletendən aydın olur ki, xəstəlik xüsusilə Afrikada daha çox yayılıb. İlin əvvəlindən bəri 16 Afrika ölkəsində vəba xəstəliyinə yoluxma halları qeydə alınıb. Burundi, Konqo Demokratik Respublikası (KDR), Zimbabve, Kamerun, Malavi, Mozambik və Efiopiya və digər ölkələrdə yoluxma halları çoxdur. Şübhəli vəba hallarının əksəriyyəti Əfqanıstandadır (təxminən 159 min). Xəstəlik həmçinin Suriya (təxminən 120 min hadisə), Haiti (62 mindən çox), Malavi (58 mindən çox), Dominikan Respublikası (36 mindən çox) və Efiopiyada (23 mindən çox) yayılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR