İnsanlara hürriyət, millətlərə istiqlal!

Yardımlıda dərədə silah-sursat TAPILDI

Yardımlı rayonunun Telavar kəndinin ərazisində dərədə silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat, 6 ədəd patron darağı və 442 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR