İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada ölümcül xəstəlik rekord sürətlə yayılır

Yaponiyada cəmi altı ayda hemolitik streptokok infeksiyasına yoluxmaların sayı 2023-cü ilin rekord göstəricilərini keçib.

Bu barədə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutunun məlumatlarına istinadən xəbər yayılıb.

Xəstəlik şiddətli olduqda, qol və ayaq toxumalarının ölümünə səbəb ola bilər. Buna görə də patogenə "ət yeyən bakteriya" ləqəbi verilib.

Bildirilib ki, bu ilin əvvəlindən 977, son bir ayda isə 176 yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, 2023-cü ildə bu xəstəliyə 941 yoluxma halı qeydə alınıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR